Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Polis rəisi idarədən sərbəst buraxılan Sərdar Əlibəylini dözümlü olmağa çağırdı

Polis rəisi idarədən sərbəst buraxılan Sərdar Əlibəylini dözümlü olmağa çağırdı

Bu gün günorta saatlarında P.S.Nota qəzetinin və saytının baş redaktoru Sərdar Əlibəyli polislər tərəfindən saxlanılaraq, Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Bir neçə saatlıq profilaktik söhbətlər aparıldıqdan sonra o sərbəst buraxılıb.
Hadisə ilə bağlı XuralTAC-a məlumat verən S.Əlibəyli Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin rəisi Əliaslan Ağayevlə görüşdüyünü bildirib. Onun sözlərinə görə, saxlanılmasına səbəb ps-nota.com saytında yayımlanan “İlham Əliyev, dərhal özümün də, oğlumun da vətəndaşlığına xitam ver!” (http://www.ps-nota.com/archives/5684) məqaləsi olub. Xatırladaq ki, məqalədə S.Əlibəyli 24 yaşlı oğlu Fəxrəddin Əlievin anadangəlmə I qrup əlil olması önə çəkilir və oğlunun dövlət tərəfindən zəruri qayğı almamasına etiraz ifadə olunur.
S.Əlibəyli onu da qeyd edib ki, söhbət zamanı Ə.Ağayev ona bir qədər səbrli və dözümlü olmağı tövsiyyə edib və yaxın günlərdə məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyi vədini verib. Baş redaktor son ümid yeri kimi bu dəfə də bir qədər gözləmə mövqeyi tutacağını, lakin heç bir tədbir görülmədiyi təqdirdə müvafiq aksiyalara əl atacağını bildirib.
Sonda S.Əlibəyli polislər tərəfindən saxlanılarkən jurnalist həmkarlarına, müstəqil mətbuat nümayəndələrinə verdikləri böyük mətbu dəstəyə görə minnətdarlığını ifadə edib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın