Şənbə , İyul 20 2019
Ana səhifə / Siyasət / Polis kənddə cin axtarır

Polis kənddə cin axtarır

Tailandın Kral polis zabitləri qeyri-adi tapşırıq alıb: Onları ölkənin şərqinə cinlərin qovulması üçün xüsusi əməliyyat keçirmək üçün göndəriblər. Buna səbəb Amnatçaren əyalətindəki kənd sakinlərinin hakimiyyətə müraciəti olub: Kəndlilər deyirlər ki, qadın formasında zalım kabus bir neçə aydır ki, onları qorxudur.

Kənd sakinlərinin dediklərinə görə, Pxi Pop adlı cin dörd inəyi qətlə yetirib və dörd sərhəd xidmətinin əməkdaşına xəstəlik göndərib. Kənd ağsaqqalları “vətəndaşlıq ruhu və sakinlərin etimadı möhkəmləndirmək üçün, eləcə də çaxnaşmanın qarşısını almaq” üçün mərkəzi hakimiyyətə polis göndərmək xahişi ilə müraciət edib.

Hadisə yerinə gələn polislər kəndin küçələrində patrula başlayıblar.

Pxi Pop – tay mifologiyasının ən məşhur personajların biridir və adı bir çox filmlərdə və tele-verilişlərdə səslənir. Onun insanlar üzərində hakimiyyət qurmaq qabiliyyətinə malik olması və xaos yarada biləcəyinə inanılır. Yerli polis rəisi Adul Çayprasitikul deyir ki, insanların əksəriyyəti Pxi Pop-un varlığına inanır. Onun “etdiklərinə” dair daim yeni dəhşətli hadisələr danışılır.

2016-ci ildə içinə guya cin girən üç kəndli zorla öz qohumlarını və qonşularını lüt soyunmağa məcbur edib. Pxi Pop Tailandda yeganə kabus deyil, sakinlər xurafatlara çox maraqlıdır. “Samui Times№ qəzeti yazır ki, ölkədə ən azı 20 ruh yaşayır, amma onların heç də hamısı şər qüvvə sayılmır.

Panq Hanq adı zərərsiz ruh “duzlu göllərin yaxınlığındakı cəngəllikdə yaşayan qara meymun obrazında peyda olur və yatan insanların ayağında böyük barmağı sorur”.

Amma Krasu dəhşətli kabus sayılır. Etiqadlara görə, o, gözəl qadın şəklində peyda olur və qurbanını özünə cəlb edir. Qəzet yazır ki, gözəl “başı ilə əlaqəsi olmayan daxili orqanlarının – bağırsaq və digər orqanlarının olmamasını gizlətmək üçün uzun yellənən paltar geyinir”.

Daha bir məşhur tailand kabusu – Nanq Nakdır – o da qadın obrazındadır. Ondan qorxur, hörmət bəsləyirlər və tez-tez ona bir az təsəlli vermək üçün qurban kəsirlər.

Cinlərdən və əcinnələrdən qorxanlar təkcə tailandlı kəndlilər deyil. Xatırladaq ki, ötən il Azərbaycanın Ağdaş rayonunun Qoşaqovaq kəndində də sakinlər aylardır gecələr onları narahat edən qeyri-adi varlıqlar barədə danışırdılar. Sakinlər iddia edirdilər ki, bu varlıqlar üzü saqqallıdır, boyda çox hündürdür və ağ paltarda gecələr kəndin küçələrində gəzərək qarşılarına çıxanları qorxuya salır. İş o yerə çatmışdı ki, məsələyə hakimiyyət orqanları da qarışdı və polis kənd sakinlərindən olan könüllülərlə birlikdə kəndin giriş-çıxışında postlar qurdu, küçələrdə keşik çəkdi, sakinlərə axşamlar evdən çıxmamaq tövsiyə olundu. Telekanallar və “sarı” KİV-lər bir-biri ilə bəhsə girirmiş kimi kənddən hər gün “qeyri-adi varlıqlar” barədə reportajlar hazırlayırdılar. Daha sonra həmin sirli varlıqlar barədə təşviş qonşu Göyçay rayonunu bürüdü. Və nə sirr idisə “gəldikləri kimi də yoxa çıxdı”…

Həmçinin oxuyun

Sabiq nazirdən barəsindəki iddiaya reaksiya: “İndi seçki yoxdur ki, mənim də fikrim ya ola, ya da…”

Bu gün ölkə KİV-ləri sabiq nazirlərdən bəzilərinin Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizəd olacaqları barədə …

Bir cavab yazın