Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Polisə niyə odlu silahdan istifadəyə icazə verildi? – Millət vəkilindən şərh

Polisə niyə odlu silahdan istifadəyə icazə verildi? – Millət vəkilindən şərh

“”Polis haqqında” qanuna təklif olunan əlavə layihəsinin təklif olunmasında məqsəd həmin sahədə özünü göstərən müəyyən qanun boşluqlarını aradan qaldırmaq və beləliklə, qanunun tələblərini sərtləşdirməkdir”.

Bunu aznews.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı 26-cı maddəyə edilən dəyişiklikləri, yəni Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyətlərin verilməsi məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, qanunun ümumi məqsədi Azərbaycan xalqının və dövlətinin təhlükəsizliyinin keşiyində dayanmaqdır:”Bu gün Dövlət Quruculuğu Hüquq Siyasəti Komitəsində “Terrorçulara qarşı Mübarizə” adlı qanun layihəsi müzakirəyə çıxarılacaq. “Qanun layihəsi belə adlanır: “Dini ekstremizmə qarşı mübarizə haqqında”. Həmçinin komitənin yığıncağında dini ekstremizm, radikalizmlə bağlı müvafiq qanunvericiliklərdə dəyişiklik edilməsi gözlənilir”.

F.Ağamalı qeyd edib ki, polisə və ümumiyyətlə, ekstremizmə qarşı mübarizə tədbirlərini həyata keçirən qurumlara əlavə səlahiyyət veriləcək:”Ümidvaram ki, bu gün müzakirəyə çıxarılacaq bu qanun layihəsi növbəti plenar iclasına təqdim olunacaq və qəbul olunacaq”.

Qeyd edək ki, Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyət verilir. “Polis haqqında” qanuna təklif olunan əlavə layihəsi bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq.

Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silahın tətbiq ediləcək.

 

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın