Ana səhifə / Siyasət / PKK-ya qoşulan azərbaycanlı tələbələrin valideynləri səfirliyə müraciət edib

PKK-ya qoşulan azərbaycanlı tələbələrin valideynləri səfirliyə müraciət edib

Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin terrorçu PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycanda ciddi səs-küy doğurub. Şimali İraqda çəkildiyi iddia edilən videoçarxda PKK terrorçularının sıralarında döyüşən azərbaycanlıların bu ilin aprel ayında Türkiyədə yoxa çıxan 3 tələbə olduğu bildirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat müşaviri Elbəy Əliyev Modern.az-a açıqlamasında 3 tələbədən yalnız 2-sinin valideyinin onlara müraciət etdiyini vurğulayıb.

“Tələbələrdən Sənan Güləhmədov, Mobil Tağızadənin valideyinləri övladlarının yoxa çıxması ilə bağlı telefonla bizə müraciət ediblər. Biz də səfirlik olaraq Türkiyənin müvafiq qurumlarına müraciət ünvanlamışıq”.

Qeyd edək ki, bu ilin aprel ayında yoxa çıxmış azərbaycanlı gənclər Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil Tağızadə və Turqut Özal Universitetinin tələbəsi MəmmədhüseynRüstəmov olduğu bildirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova onların özəl xətlərlə Türkiyədə oxumağa getdiklərini qeyd edib.

Bu il iyunun 6-da YouTube sosial şəbəkəsində “Azeri gençler PKK saflarında 1” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə videomüsahibə yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində “Kalaşnikov” avtomatı var. Videomüsahibədə gənclər Azərbaycandan oduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və RKK-ya qoşulduqlarını təsdiq edirlər. Onlar özlərini Yıldırım Beyazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Ozal Universaitetinin tələbəsi Babək Hakır, Balikesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edir. Bu gənclərin əsl adları belədir: Mobil Tağızadə, Sənan Güləhmədov və Məmmədhüseyn Rüstəmov.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın