Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Pensiyalarla bağlı dəyişiklik – Prezident sərəncam verdi

Pensiyalarla bağlı dəyişiklik – Prezident sərəncam verdi

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, sərəncama əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanını “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə aşağıdakı qərar verilib

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Qanunun 1.0.2-ci, 11.1-ci, 18.6-cı, 21.2.2-ci, 21.2.4-cü, 23.1-ci, 25-ci, 28-ci, 30.1-ci (birinci və ikinci cümlələrində), 31.2-ci, 32.2-ci və 41.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;”.

2. 2.7-ci bənd ləğv edilsin.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın