Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / Pensiyaçılara şad xəbər

Pensiyaçılara şad xəbər

Azərbaycanda sosial müavinət almaq hüququ olan əlillərə əlillik dərəcəsi almaq üçün vaxtından əvvəl müayinədən keçmək hüququ verilib.

 

Axar.az xəbər verir ki, ölkədə əlillik müddətinin müəyyən edilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib. Nazirlər Kabinetndən Trend-ə verilən məlumata görə, yeni təsdiqlənən “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə əsasən, əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur.

 

Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 il müəyyənləşdirilir.

 

Əlilliyi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi halları da müəyyənləşdirilib. Həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə, əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə, vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda təkrar müayinə aparıla bilər.

Həmçinin oxuyun

“Azərbaycan bu gün artıq siyasi şahmat taxtasında piyada deyil, eləmi?” –“Əlbəttə!..”

“Cəbhədəki yeni uğurlar münasibəti ilə dövlətimizi, xalqımızı təbrik edirəm. İşğalçı ermənilərin burnunu axıra kimi ovmaq …

Bir cavab yazın