Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / “Pegasus” Azərbaycandan uçuş qiymətini və qrafikin açıqladı

“Pegasus” Azərbaycandan uçuş qiymətini və qrafikin açıqladı

Bu gün Türkiyənin aşağı büdcəli aviaşirkəti olan “Pegasus”la Azərbaycan turizm şirkətləri arasında görüş keçirilib.

Fins.az xəbər verir ki, şirkət martın 18-dən etibarən Qəbələdən uçuşlara başlayır. Bu günkü tədbirin məqsədi isə şirkətin bilet və əlavə xidmətlərinin Azərbaycan üçün müəyyənləşdirilmiş qiymətlərinin açıqlanmasıdır.

Belə ki, Qəbələ şəhərindən həftə üç dəfə uçuşlar həyata keçirəcək şirkətin bir istiqamət üzrə minimum qiyməti 49.99 avrodan başlayacaq. Əsas hava limanı Sabiha Gökçen Hava Limanıdır.
Sərnişinin seçdiyi oturacağa görə, ön sıralara əlavə 11 avro, arxa sıralara isə 4 avro ödəniş tələb olunur. Əlavə ödəniş etmək istəməyənlər avtomatik seçimdən istifadə edə bilərlər. Uçuşlar Qəbələ-İstanbul uçuşu 04:20-də həyata keçirilir İstanbula çatma vaxtı 05:05-dir. Yayda getmə vaxtı 04:50 olacaq. Gəlmə vaxtı isə İstanbul saat ilə 22:40-da Qəbələyə çatma vaxtı isə yerli vaxtla 03:20-dir.

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …

Bir cavab yazın