Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / “Pasportunu yandırmağa hazır olan şərəfsizlər vəzifəyə necə yerləşdirilib?”

“Pasportunu yandırmağa hazır olan şərəfsizlər vəzifəyə necə yerləşdirilib?”

Milli Məclisin deputatı Fazil Mustafa Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən referenduma haqq qazandırmasını pisləyib.
Azinforum.az-ın məlumatına görə, Fazil Mustafa sosial şəbəkədəki hesabında bunları yazıb:

“Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş militan deyir ki, “məni işdən müstıqil Kürdüstana görə çıxarsanız, mən də gedib Azərbaycan pasportumu yandıracağam.
Yəni müstəqil Kürdüstan naminə Azərbaycan pasportunu yandırmaq (ardınca Azərbaycan bayrağını yandırmaq gəlir, himnimiz oxunanda dalını çevirmək gəlir, qondarma Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmək gəlir) ideyası illərlə formalaşmış düşüncədən xəbər verir və buna oldu-bitdi kimi yanaşa bilmərik. Bu, bizim dövlətimiz üçün gözlənilən təhlükə simptomlarından biridir.

İndi görək təhlükəsizlik orqanları aydınlaşdıra biləcəklərmi hansı qurumlarda Ermənistan üçün və ya Rusiya üçün, yaxud İran üçün, ABŞ üçün Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər necə və kimlər vasitəsilə yerləşdirilib?

Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhanə edib, Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq”.

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …