Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Siyasət / “Paşinyanın Qarabağ bəyanatı təhlükəlidir” – Vigen Sarkisyan

“Paşinyanın Qarabağ bəyanatı təhlükəlidir” – Vigen Sarkisyan

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan yeni baş nazir Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı çıxışlarına münasibət bildirib. Sabiq nazir hesab edir ki, Paşinyanın Qarabağ bəyanatları təhlükəlidir.

AzVision.az xəbər verir ki, bununla bağlı “Ararat” qəzetində müsahibə verən V.Sarkisyan Paşinyanın münaqişəyə dair mövqeyinin anlaşılmaz olduğunu deyib.

“Baş nazirin söylədiyi fikirlər təhlükəlidir. Əminəm ki, Paşinyan bu fikirləri ilə Ermənistanda vəziyyəti çətinləşdirməyə çalışmayıb. Onun səsləndirdiyi bəyanatlar nəinki Azərbaycanın aqressiv reaksiyasına, hətta beynəlxalq tərəfdaşlarımızın, ATƏT-in Minsk Qrupu həmsədrlərinin narahatlığına səbəb olub”.

V.Sarkisyan Paşinyanın Ermənistanı münaqişə tərəfi kimi təqdim etməsinin yalnış olduğunu bildirib.

“Belə iddia ilə hər zaman Azərbaycan tərəfi çıxış edib. Həmçinin beynəlxalq ictimaiyyət Ermənistanı Dağlıq Qarabağda təklükəsizliyinin “qarantı” kimi tanıyır, münaqişə tərəfi kimi deyil. Bu, pis nəticələnə bilər”- deyə sabiq müdafiə naziri vurğulayıb.

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …