Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Siyasət / Paşinyanın oğlu niyə əsgər oldu və ona Xankəndində kirayə evi kim axtarır?

Paşinyanın oğlu niyə əsgər oldu və ona Xankəndində kirayə evi kim axtarır?

Ermənistanın çiçəyi burnunda baş naziri Nikol Paşinyan “Exo Moskva” radiostansiyasının baş redaktoruna müsahibə verib. N.Paşinyan A.Venediktova verdiyi müsahibədə Azərbaycana və onun prezidentinə də “diqqət”ayırıb.

Paşinyanın bu müsahibəsi və oradakı iddialar barədə musavat.com -a danışan Mübariz Əhmədoğlu bunları deyib:

– Natamamlıq kompleksi Ermənistanın baş naziri N.Paşinyanı tam xarakterizə edən psixoloji haldır. Oğlunun Dağlıq Qarabağda xidmətini sülhsevər addım kimi qiymətləndirir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevi də oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərməyə çağırır. Guya o halda müharibə olmayacaq. “Exo Moskva” radiostansiyasının baş redaktoruna verdiyi müsahibədə cəmi 2 dəqiqədən sonra oğlunun Dağlıq Qarabağda hərbi xidmətdə olmasına tam əks mövqedən izah verir: “Oğlum Qarabağdadırsa demək mən öz xalqımı, öz ölkəmi müdafiə etmək üçün heç nəyimi əsirgəməyəcəm”.

N.Paşinyan normal insanlar, normal dövlət adamları üçün adi hesab olunan halların ona da aid olduğunu sübut etmək məcburiyyətindədir.

O, Dağlıq Qarabağ tənzimlənməsində bütün ömrü boyu fərqli mövqedə olub. Azərbaycan Respublikası ilə qonşu İcevan rayonunda böyüyüb, azərbaycanlıların xeyirxah olduğunu başa düşdüyü üçün rayondan İrəvana gələn kimi Levon Ter-Petrosyanın ideoloji ardıclına çevrilib. L.Ter-Petrosyanın Dağlıq Qarabağ məsələsində mövqeyi bütün dünyaya bəllidir. İndi Nikol Paşinyan sübut etməlidir ki, o digər əksər ermənilərdən fərqlənmir, Qarabağın erməni torpağı olaraq qalması üçün əlindən gələn hər şeyi etməyə hazırdır.

Oğlu da Ermənistandakı qanunları pozaraq hərbi xidmətə yox, oxumağa getdi və elə də nüfuzlu məktəbdə oxumayıb. Və məhz Nikolun səyləri hesabına hərbi xidmətdən yayınıb. Nikol baş nazir olmasaydı, bəlkə də oğlu Aşot heç vaxt hərbi xidmətə getməyəcəkdi.

Nikol Paşinyan oğlunun hərbi xidmətində də oyunbazlığını davam etdirir. Dağlıq Qarabağdan olan bloqerlərin yazdığına görə N.Paşinyanın oğlu üçün Xankəndində (Stepanakert) kirayə ev axtarılır.

N.Paşinyan A.Venediktova verdiyi müsahibədən bir neçə saat sonra hökumətin iclasında ordunun alt geyim problemini müzakirə etdi. Bax, bu, N.Paşinyanın natamamlıq kompleksinin hüdudlarını nümayiş etdirir. N.Paşinyan öz yolunu gedir, oğlunu da indidən bu oyunbazlığa qoşur.

Azərbaycan Prezidenti ilə bağlı məsələ tam fərqlidir. Prezidentin bütün ailə üzvləri Qarabağ məsələsində vətənə sevgilərini nümayiş etdiriblər. Ən sonuncu misal: Prezidentin xanımı, ölkənin 1-ci vitse – prezidenti M.Əliyeva MDB Daxili İşlər Nazirlərini qəbul edərkən ən aktual mövzu Dağlıq Qarabağ məsələsi oldu. Dağlıq Qarabağ mövzusu Daxili İşlər Nazirləri auditoriyası üçün o qədər də uyğun mövzu deyil. Amma M.Əliyeva Dağlıq Qarabağ məsələsində, erməni işğalçılığına qarşı mübarizədə özünün siyasi iradəsini nümayiş etdirdi.

Olsun ki, prezident İ.Əliyevin oğlu bir gün Azərbaycanın erməni işğalı altında olan ərazilərində fəaliyyət göstərəcək. Bunun hərbçi və ya qeyri-hərbçi statusda olmasının elə böyük əhəmiyyəti yoxdur. O torpaqlarda xidmət və o torpaqlara xidmət prezident İlham Əliyevin özünün və ailə üzvlərinin şərəf işi olub, şərəf işidir və şərəf işi olacaqdır. O zaman N.Paşinyan və onun ailə üzvləri Dağlıq Qarabağ məsələsində əvvəlki mövqelərinə qayıdacaqlar. Bu da Heydər Əliyevin onlara işğalçılıqdan uzaqlaşmaq, insanlığa qayıtmaq istiqamətində töhfəsi olacaqdır. N.Paşinyanın fəaliyyəti həmin zamanı yaxınlaşdırır.

PASHINYAN 2.jpeg (16 KB)

Musavat.com

Həmçinin oxuyun

Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir…

Təqaüd yaşına çatmış məmurların istefaya göndərilməsi gündəmin əsas mövuzu olaraq qalır. Bu məsələ Baş nazirin …