Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Siyasət / Paşinyanın həyat yoldaşı ermənilərin dalana dirəndiyini etiraf edir

Paşinyanın həyat yoldaşı ermənilərin dalana dirəndiyini etiraf edir

Paşinyanın həyat yoldaşı  Qarabağda ölən erməni əskərlərin analarını başına toplayıb və guya sülhdən danışıb.

O deyib:  “Kimin qalib gələcəyini həyat göstərəcək. Ya biz qalib gələcəyik və onları silahı yerə qoyub danışıqlar masası arxasına keçməyə məcbur edəcəyik, ya da uduzacağıq və onlar bir-birlərinə atəş açmaqda davam edəcək. Mən məğlubiyyət variantını istisna edirəm və əminəm ki, nə vaxtsa təşəbbüsümüz qalib gələcək”.

“Kimin qalib gələcəyini həyat göstərəcək”

İfadənin psixoloji təhlili:

– bu ifadə onu göstərir ki, ermənilər özlərini Qarabağ müharibəsinin qalibi olaraq görmürlər.

– ermənilərin psixoloji üstünlüyü son illərdə, xüsusilə 2016-cı il aprel hadisələrindən sonra itirdilər, bu onlara böyük zərbə vurdu.

– bu ifadəni baş nazirin arvadının dilindən çıxması, onun, yəni yuxarı eşalonun bu barədə fikirlərini açıqlığa qovuşdurur.

“Ya biz qalib gələcəyik və onları silahı yerə qoyub danışıqlar masası arxasına keçməyə məcbur edəcəyik, ya da uduzacağıq” ifadəsi də ermənilərin dalana dirəndiyini göstərir. Qələbə qazanacaqlarından əmin deyillər.

“Mən məğlubiyyət variantını istisna edirəm” deməsi isə erməni xalqına ünvanlanıb və günəşi palçıqla suvaması kimi boş bir ifadədir.

Hatəm CABBARLI,

Siyasi elmlər doktoru

Azinforum.az

Həmçinin oxuyun

Elçibəy Kələkiyə getməsə idi, vətəndaş müharibəsi olacaqdımı?

26 il öncə bu günlərdə xalq arasında müzakirə olunan əsas  məsələ Azərbaycanın ikinci Prezidenti Əbülfəz …