Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Siyasət / Paşinyanın arvadı ABŞ-da necə rüsvay olub?

Paşinyanın arvadı ABŞ-da necə rüsvay olub?

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın ABŞ-a səfəri reallaşıb. Erməni KİV-inin təhlili onu deməyə əsas verir ki, Ermənistanın birinci xanımının səfəri heç də uğurlu alınmayıb. ABŞ Konqresində Dağlıq Qarabağla bağlı müzakirə açmaq cəhdi də uğursuz alınıb. Onun Ermənistanda baş verən inqilabı mühüm hadisə kimi təqdim etməsinə də lazımi diqqət göstərilməyib. 

A.Akopyan yalnız ABŞ Konqresi kitabxanasının rəhbəri səviyyəsində qəbul edilib. Paşinyanın həyat yoldaşı həmin kitabxanaya Matendaran haqda kitab bağışlayıb.  Sonra isə onu ABŞ Konqresinin erməni məsələləri üzrə komitə üzvü Anna Eşou qəbul edib. Həmin görüşdə Akopyan özünün rəhbərlik etdiyi iki fond haqqında məlumat verib. Göründüyü kimi, Ermənistanın birinci xanımının ABŞ səfəri uğursuz olub. Onu ABŞ-da adi bir QHT rəhbəri səviyyəsində qəbul ediblər və etdiyi siyasi məzmunlu cəhdlərin heç birini reallaşdıra bilməyib. A.Akopyanın üzləşdiyi ABŞ uğursuzluğunu nə ilə izah etmək olar?

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, A.Akopyanın son ABŞ səfəri nə rəsmi, nə də ABŞ-dan kiminsə dəvəti əsasında baş tutmayıb: “Bu, adi bir jurnalistin ABŞ Konqresi kitabxanasına baş çəkməsi kimi dəyərləndirilə bilər. Çünki səfər yalnız onunla yadda qalıb ki, Akopyan ora ilə geniş tanış olub. Səfər heç də Ermənistan baş nazirinin həyat yoldaşının proqramına uyğun olmayıb. Bu, adi bir mübadilə proqramıdır. Sadəcə, A.Akopyan çox güclü bir piar menecer olduğundan, həmin səfərə siyasi don geyindirməyə çalışıb. Onun Konqresdə görüşdyü şəxslər ABŞ-da erməni lobbisinin layihələrini icra edənlərdir. Həmin adamların ABŞ-da heç bir xüsusi siyasi çəkisi yoxdur. Akopyanın sanki bir erməni məmuru ilə görüşməsi kimi dəyərləndirilə biləcək bir mənzərədir. Bu görüşün Ermənistan-ABŞ münasibətləri və ya sadəcə, Ermənistanın özü üçün hər hansı üstünlüyü vəd edəcəyini proqnozlaşdırmaq sadəlövhlük olar”.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin ABŞ kitabxanasına təqdim etdiyi kitabın özü də qalmaqallı mövzunu əhatə edir: “Akopyanın səfərinin ən başlıca məqsədi rəhbərlik etdiyi fondları ABŞ-dakı erməni lobbisinə təqdim etmək olub. Səfalət içində yaşayan Ermənistana bu yolla əlavə vəsaitlərin cəlbini hədəf kimi seçiblər. Onun rəhbərlik etdiyi fondlar 2019-cu ilin yanvarından beynəlxalq korrupsiyanı araşdıran qurumun radarına düşüb. Avropanın rəsmi strukturları da A.Akopyanın fondlarının Ermənistanın keçmiş və indiki hökumət üzvlərindən ianə ilə vəsait cəlb etməsinə dair faktların olduğunu açıqlayıblar. Avropa Birliyinin daxili müzakirəsi üçün tədim olunan korrupsiya hesabatında A.Akopyanın fondları bir milyard yarımlıq mənbəyi şəffaf olmayan köçürmələrdə şübhəli biliniblər. Bu səfərdə Akopyan ABŞ-dakı erməni lobbisi ilə kommunikasiyaya ona görə cəhd edib ki, toplanan vəsaitin erməni milli maraqları üçün xərclənəcəyi görüntüsünü yaratsın. Təbii ki, ABŞ-ın nüfuzlu dairələri belə reputasiyalı şəxsə ciddi maraq göstərməkdə maraqlı deyillər. Eyni zamanda, bunu Paşinyanın ABŞ əleyhinə səsləndirdiyi bəyanatlar və Rusiya ilə tam hesablaşdığı ilə də əlaqələndirmək mümkündür”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Bolton planı, Qarabağa NATO, daha sonra isə ABŞ qoşunlarının yerləşdirilməsini nəzərdə tuturdu”

“Bolton planı, Qarabağ və İran “sərhədi”ndə (işğal altında olan Azərbaycan əraziləri-red.) əvvəlcə BMT himayəsi altında …