Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / ”Paşinyanın ailəsini skamyaya bağlayıb ömür boyu namaza qulaq asdırmaq lazımdır…”

”Paşinyanın ailəsini skamyaya bağlayıb ömür boyu namaza qulaq asdırmaq lazımdır…”

Bu günlərdə erməni mediasını, erməni cəmiyyətində baş verən qarşıdurmanı izləmək maraqlıdır. Bizim 90-cı illərin əvvəllərini xatırladır.  
İndi erməni cəmiyyətində “satdı”, “xəyanət etdi”, “asmaq lazımdır”, “öldürmək lazımdır” kimi sözlər çox populyar olub. Hamı özündən başqa hər kəsi ittiham edir. Heç vaxt da Azərbaycana qarşı cinayət törətdiklərini etiraf etmirlər. Ermənilər hər zaman ən qəddar cəza növlərindən istifadə ediblər. 
Erməni mediası (Aysor) iqtisadi məsələlər üzrə ekspert Manaseryanın Paşinyana necə cavab vermək istəyindən yazıb.
“O istefa verməyəcək” – İqtisadçı ekspert Tatul Manaseryan Facebook səhifəsində Baş nazir Nikol Paşinyan haqqında belə yazıb..
“Onu tutmağa, döyməyə və öldürməyə ehtiyac yoxdur. Onun bütün ailə üzvlərini Vazgen Sparapetin abidəsinin skamyasına bağlamaq və bütün həyatlarını gündə bir neçə dəfə Şuşada namaz dinləməyə məcbur etmək lazımdır. Bu ölüm hökmündən də dəhşətlidir”- Tatul Manaseryan yazıb.

Həmçinin oxuyun

Fransa XİN: “DQR” rejiminin tanınması heç kimə fayda verməyəcək”

Fransa Senatı bu gün 305 səs lehinə, 1 səs əleyhinə olmaqla qondarma DQR rejiminin müstəqilliyini …