Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / Paşinyandan 7 rayonu azad etməsi istəniləcək, Qarabağ isə… – Bakının RƏDD ETDİYİ ŞOK DETAL

Paşinyandan 7 rayonu azad etməsi istəniləcək, Qarabağ isə… – Bakının RƏDD ETDİYİ ŞOK DETAL

Paşinyanın istefası formal xarakter daşıyır. O, istefaya baxmayaraq, Nazirlər Kabinetinə təlimat və göstərişlər verməkdə davam edəcək.
Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefa verməsini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Paşinyan parlament seçkiləri ilə bağlı xeyli arxayındır:
“Çünki əvvəlki prezident və baş nazir Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının əksəriyyətdə olduğu parlament demək olar ki, buraxılıb. Yeni parlament seçkiləri də dekabrın əvvəlinə təyin edilib. Paşinyanın yerinə yeni baş nazirin seçilmə imkanı demək olar ki, yoxdur. Belə qüvvələr sadəcə olaraq mövcud deyil. Paşinyanın məqsədi ölkədəki situasiyanı tam olaraq nəzarət altına almaqdadır. Güman ki, Paşinyan seçkilərdə səslərin əksəriyyətini qazanacaq və dövlətin bütün strukturlarını özününküləşdirməyə nail olacaq”.
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin Ermənistandakı seçkilərdən sonra hansı istiqamətdə inkişaf edəcəyinə gəlincə, Q.Hüseynlinin sözlərinə görə, prezident Armen Sarkisyanın bu günlərdə Moskvaya səfəri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun müavini ilə görüşməsi belə təəssürat yaradır ki, Moskva bir müddət Dağlıq Qarabağla bağlı məsələlərdə Ermənistan prezidenti ilə məsləhətləşmələr aparmaq istəyir:
“Çünki Armen Sarkisyan Moskvadan qayıtdıqdan sonra dərhal Qarabağa gəldi və məhsul bayramında iştirak etmək adı altında qondarma qurumun rəhbəri Bako Saakyanla görüşdü. Siyasi müşahidəçilər bu görüşün Moskvanın Dağlıq Qarabağla bağlı yeni təşəbbüslərlə əlaqəsinin olacağını istisna etmirlər. Moskva ABŞ-ın, bəzi Avropa ölkələrinin – Fransanın, Almaniyanın Dağlıq Qarabağ probleminin həllində fəallaşdığını görərək və vasitəçilik təşəbbüsünün əlindən çıxacağını düşünərək yenidən bütün ipləri əlində toplamağa, Ermənistanı tamamilə özünün nəzarəti altına almağa və danışıqlar prosesində əsas söz sahibi olmağa çalışır. Belə görünür, buna müəyyən dərəcədə nail ola bilib”.
Dağlıq Qarabağ münaqişəsinin həllində xələfləri Robert Köçəryan və Serj Sarkisyandan daha mülayim görünən Levon Ter-Petrosyanın qrupundan olan Nikol Paşinyanın seçkilərdən sonra indiki radikal mövqedən əl çəkmə ehtimalına gəlincə, müsahibimiz hesab edir ki, mümkün yumşalma belə Azərbaycanın maraqlarına cavab verməyəcək:
“Hazırda Paşinyan hökumətinə ən çox təsir gücünə olan adamın Levon Ter-Petrosyan olduğunu vurğulayırlar. Keçmiş prezident Paşinyana işğal edilmiş müəyyən əraziləri azad etməyi tövsiyə edə bilər və yəqin ki, edəcək. Söhbət Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun azad edilməsindən gedir. Bu ərazilər Ermənistan üçün başağrısı yaradan və dünya tərəfindən həyata keçirilməsi tələb olunan prosesdir. Amma Levon-Ter Petrosyanın özü də, həmçinin Paşinyan da Dağlıq Qarabağın statusu məsələsində zərrə qədər güzəştə getmək fikrində deyillər. Onlar Dağlıq Qarabağı ya müstəqil, ya da Ermənistana birləşmiş şəklində görmək istəyirlər. Bu isə danışıqlar prosesinə əngəl yaradan başlıca məsələdir və Azərbaycan bununla qətiyyən razı olmayacaq”.(publika.az)

Həmçinin oxuyun

“Onlar 26 ildir qorxaq, qaçan, vuruşmayan azərbaycanlı obrazı yaratmışdılar”

“Paşinyan deyir ki, əks-həmlə ilə məsələni həll edəcəyik. Adam (elə deyək) rəsmən müharibənin davamı üçün …