Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / Paşinyan “xain” axtarışında: MTX-də “təmizləmə” davam edir

Paşinyan “xain” axtarışında: MTX-də “təmizləmə” davam edir

Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) kadr təmizlənməsi davam edir. Dünən MTX-nin hərbi əks-kəşfiyyat şöbəsinin rəisi Levon Şaumyan da tutduğu vəzifədən azad edilib.

Bu barədə “Hraparak” nəşri yazıb.

“Bunun Paşinyan tərəfindən “xainlər”in axtarışı mövzusuna aid olduğu güman edilir. Şaumyan bu ilin yanvarında general rütbəsinə yüksəlib. Ona rütbəni hökumət başçısı özü təqdim edib”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kyaramyan dünən vəzifəsindən azad edilib. O, dörd ay əvvəl bu vəzifəyə təyin olunmuşdu. Kyaramyanın işdən çıxarılması ilə bağı müxtəlif versiyalar irəli sürülüb. Azvision.az

Həmçinin oxuyun

Ərdoğan Putinlə telefon danışığının detallarını AÇIQLADI

“Bir əsrdir imperialistlərin oyun meydanına çevrilmiş bu qədim coğrafiyanın artıq məngənədən xilas olmaq vaxtı gəlib …