Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Siyasət / Paşinyan və Stoltenberq sülh sazişini müzakirə etdilər

Paşinyan və Stoltenberq sülh sazişini müzakirə etdilər

NATO-nun baş katibi Yens Stoltenberq Ermənistana səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə Bakı və İrəvan arasında sülh sazişi ilə bağlı məsələlər müzakirə olunub.
Stoltenberq Paşinyanı Azərbaycanla tezliklə sülh sazişi imzalamağa çağırıb.
“Biz Cənubi Qafqazda sabitliyin vacibliyini müzakirə etdik. Bu, daha təhlükəli dünyada Avro-Atlantika təhlükəsizliyi üçün vacibdir. Bu gün Ermənistan və Azərbaycanın uzun illər davam edən münaqişədən sonra davamlı sülhə nail olmaq şansı var. Ona görə də, mən sazişi imzalamağa çağırıram. Bu, münasibətlərin normallaşmasına və xalqlarınız üçün davamlı sülhə yol açacaq”, – Stoltenberq deyib.
Tərəflər həmçinin Ermənistan və NATO arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Qeyd edək ki, ötən bazar günü Stoltenberq Azərbaycanda, bazar ertəsi isə Gürcüstanda səfərdə olub.

Həmçinin oxuyun

Ərsin Tatar Azərbaycana gələcək

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb. AZƏRTAC …