Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Paşinyan seçki qələbəsi hələ təsdiqlənməmiş Baydenə yalvardı…

Paşinyan seçki qələbəsi hələ təsdiqlənməmiş Baydenə yalvardı…

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasından namizəd olmuş Co Baydenə təbrik məktubu göndərib.
Bu   Ermənistan mətbuatı xəbər yayıb.
Qeyd edilir ki, Paşinyan qələbəsi hələ rəsmən təsdiqlənməmiş Baydeni təbrik edərək, onun uzun illərdə təcrübə qazandığını vurğulayıb və biliyinin ABŞ-ı tərəqqiyə aparacağını qeyd edib. Ermənistanın Baş naziri Baydeni hələ seçki dönəmində namizəd kimi verdiyi vədləri də xüsusi vurğulayaraq, demokratların namizədinin Qarabağda müharibənin dayandırılması üçün addımlar atacağına ümid etdiyini deyib. Paşinyan əslində bununla Baydenin ermənilərə verdiyi vədlərə əməl etməsinə eyham vurub.
Qeyd edək ki, Paşinyan əvvəllər də bir neçə dəfə Rusiya, Fransa prezidentlərinə, habelə ABŞ-ın hazırkı dövlət başçısına müraciət edərək Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək etmələrini istəyib. Lakin rədd cavabı alıb.
Xatırladaq ki, ABŞ-ın Demokratlar Partiyasının namizədi Co Baydenin prezident seçkilərində qələbə qazanması hələ rəsmi olaraq təsdiqlənməyib. Yalnız Birləşmiş Ştatların bir sıra mətbu orqanları Baydenin səs çoxluğu ilə Trampı üstələdiyini bildiriblər.
“Report”

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …