Çərşənbə , İyun 16 2021
Ana səhifə / Siyasət / Paşinyan Rusiyadan qisas almaq istəyir: “Belçikaya və Fransaya səfəri ilə öz cəmiyyətinə mesaj…”

Paşinyan Rusiyadan qisas almaq istəyir: “Belçikaya və Fransaya səfəri ilə öz cəmiyyətinə mesaj…”

“Ermənistanda bütün siyasi qüvələr çalışırlar özlərini Qərbpərəst göstərsinlər ki, seçiləcəkləri təqdirdə Qərblə əməkdaşlığa xüsusi diqqət yetirəcəklərini bir növ cəmiyyətə təlqin etsinlər”.

Bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

O bildirib ki, Ermənistan rəhbərliyi Rusiyanı qıcıqlandırmaq üçün Fransaya və Belçikaya səfər etdi:

“Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Belçikaya və Fransaya səfəri ilə öz cəmiyyətinə mesaj göndərməyə çalışır ki, “mənim bundan sonrakı hədəfim Qərbdir. Mən Avro-inteqrasiya tərəfdarıyam. Mən bundan sonra Ermənistanı Rusiyaya yox, Qərbə doğru inkişaf etdirəcəm”. 

Bugün təkcə erməni cəmiyyətinin yox, eyni zamanda Ermənistan hakimiyyətinin də Rusiyadan çox böyük narazılığı var. Bu da sərhəddə yaşanan hadisələrlə bağlıdır. KTMT və Rusiya faktiki olaraq Ermənistanı bu məsələdə saymadılar. Ermənistan rəhbərliyi də bir növ Rusiyanı qıcıqlandırmaq, Moskvanın diqqətini özünə cəlb etmək üçün göstərməyə çalışır ki, yəni, “mənim alternativim var. Əgər Rusiya məni dəstəkləməsə, Rusiya məni kənarda oysa, mən Qərb dövlətləri ilə əməkdaşlığı dərinləşdirə bilərəm. Məsələn, Fransaya səfəri zamanı Paşinyanın çox maraqlı açıqlaması var idi: “Biz Fransanın bundan sonra regionda daha aktiv iştirakında maraqlıyıq”. Və ondan əvvəl Paşinyanın başqa bir bəyanatı da olmuşdu, o demişdi “Biz istəyirik ki, Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan sərhəddində dayansınlar. Orada iki ölkənin hərbi qulluqçuları olmasın, yalnız Minsk Qrupunun həmsədrlərindən ibarət beynəlxalq müşahidəçi qrupu sərhəddə yerləşsin”. Bu, birmənalı şəkildə ABŞ və Fransanı regiona cəlb etmək məqsədi daşıyırdı. Rusiya onsuz da buradadır. Paşinyanın bu açıqlaması birbaşa olaraq Qərbi regiondakı proseslərə cəlb etmək məqsədi daşıyır”.

Həmçinin oxuyun

15 iyun şifrələri: Ərdoğan niyə məhz bu tarixdə Şuşaya səfər edir… – ŞƏRH

Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi tarixə Milli …