Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / “Paşinyan rejiminin qüvvədə qalıb-qalmayacağı sual altındadır” – Fransız politoloq

“Paşinyan rejiminin qüvvədə qalıb-qalmayacağı sual altındadır” – Fransız politoloq

“Ermənistan tərəfindən Gəncəyə vurulan zərbə bir il əvvəl Paşinyanın nasist hərbi cinayətkar Qaregin Njdenin irsini qürurla bəyan etdiyində səmimi olduğunun daha bir sübutdur”.

Bu sözləri fransız politoloq Maksim Qauin deyib.

M.Qauin bildirib ki, bu gecə Gəncədə baş verənlər həm də Paşınyanın öz rejiminin çökməsindən qorxmasını göstərir:

“Paşinyan rejiminin qüvvədə qalıb-qalmayacağı sual altındadır, çünki hər keçən gün daha İrəvanın daha bir məğlubiyyəti Ermənistan hökumətinin iflasa uğrayacağı deməkdir.

Bu hadisəyə reaksiya vermək beynəlxalq birliyin birbaşa vəzifəsidir. Əks təqdirdə, beynəlxalq hüquqa inam zəiflədiləcəkdir”. (Axar.az)

“Paşinyan rejiminin qüvvədə qalıb-qalmayacağı sual altındadır” -  Fransız politoloq

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …