Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Paşinyan İrana gedir

Paşinyan İrana gedir

Ermənistan İran qazının tədarükü imkanının müzakirəsini davam etdirir.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə baş nazir vəzifələrini icra edən Nikol Paşinyan deyib.

“İran mavi yanacağının tədarükü məsələsi həmişə gündəlikdə durur. Biz bu məsələni konkret və əlverişli həll variantı tapılana qədər müzakirə edəcəyik”, – deyə Ermənistan Nazirlər Kabineti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı bildirib.

O həmçinin əlavə edib ki, rəsmi Yerevan qazın qiyməti ilə bağlı Rusiya tərəfi ilə də danışıqları davam etdirir.

“Biz danışıqları davam etdiririk və ölkəmizin maraqlarının müdafiəsi üçün hər şeyi edəcəyik”, – Paşinyan vurğulayıb.

Xatırladaq ki, 2018-ci il dekabrın sonunda “Qazprom”un mətbuat xidməti bildirmişdi ki, 2019-cu il yanvarın 1-dən Ermənistan üçün Rusiya qazının qiymət min kubmetr üçün 165 dollar təşkil edəcək. Qeyd edək ki, daha əvvəl erməni tərəfi min kubmetr qaza görə 150 dollar ödəyirdi.

Həmçinin oxuyun

“Bu, sadəcə, axmaqlıqdır…” – Əliyevdən Paşinyana sərt cavab

Azərbaycan Prezidenti İlham Əliyev “İnterfaks” agentliyinə verdiyi müsahibədə Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ müharibəsində …