Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / “Paşinyan çıxılmaz vəziyyətdə qalıb” – Rasim Ağayev

“Paşinyan çıxılmaz vəziyyətdə qalıb” – Rasim Ağayev

Nikol Paşinyan Rusiyada özünə qarşı ciddi narazılıq yaradıb. Müşahidələr göstərir ki, Paşinyana qeyri ciddi siyasətçi, sözünü tez-tez dəyişən şəxs kimi baxırlar”.

Bu fikirləri Teleqraf.com-a politoloq Rasim Ağayev Putin-Paşinyan görüşünün nəticələrini şərh edərkən deyib.

Politoloq deyib ki, Moskvadan gələn məlumata görə, Putinlə Paşinyan arasında aparılan müzakirələr zamanı hər hansı bir razılığa gəlinməyib. Onun sözlərinə görə, tərəflər sadəcə olaraq media qarşısında irəliləyişlərin olduğunu qeyd edirlər:

“Ancaq bağlı qapı arxasında anlaşma yoxdur. Üstəlik, Paşinyan çıxılmaz vəziyyətdə qalıb. Bu adam hakimiyyətə gələndə seçicilərə, onu müdafiə edən siyasi qüvvələrə müəyyən vədlər verib. Bu da Ermənistanın siyasi oriyentasiyasının dəyişdirilməsi vədidir. Yəni Qərbə istiqamətli siyasətə keçid etmək istəyirlər. Bu zaman Rusiya ilə konfrontasiya deyil, qarşılıqlı anlaşma çərçivəsində münasibətlərin davam etdirilməsi xəttini seçməyə çalışılır. Ancaq Paşinyanın bu ideyaları Moskvanı əsla qane etmir. Odur ki, bəzən Rusiya açıq fotmada Köçəriyana dəstəyini nümayiş etdirir”.

Rasim Ağayev əlavə edib ki, hələ bir müddət Yerevan-Moskva münasibətləri qeyri- müəyyən olacaq:

“Hazırda Moskvanı bu qane edir. Rusiyanı narahat edən Ermənistandakı bazanın yerində qalıb-qalmaması məsələsidir. Paşinyan buna qarşı çıxa bilmir. İndi Rusiya siyasətində Ermənistan-Rusiya münasibətlərinin tarixi mövzusunda müzakirələr gedir. Moskvada bəzi siyasi xadimlər və jurnalistlər açıq-aşkar ermənilərin satqınlığından danışır, çoxlu misallar gətirirlər. Bütün bunlar təsadüfi hallar deyil. Bəli, münasibətlərdə problemlər var. Artıq ermənilərin iç üzü ruslara bəlli oldu. Bunu yoluna qoymaq üçün ermənilər sözün həqiqi mənasında rusların müttəfiqi kimi özlərini göstərməlidir. Ancaq hazırda ermənilərdə bu, alınmır. Bu da deməyə əsas verir ki, ABŞ-ın Yerevandakı səfiri elə-belə oturmayıb. Onlar ciddi işləyib. Bu saat Ermənistanda ABŞ-ın rolu böyükdür”.

Politoloq hesab edir ki, erməni-rus münasibətlərinin bu şəkildə olması Azərbaycanın xeyrinədir: “Moskvada nə qədər ermənilərin iç üzü, satqınlığı, yalançı qardaşlığı görünəcəksə, bu bir o qədər bizim xeyrimizədir. Hazırda Rusiyada ermənilərə inanmağın tərəfdarı olanların sayı getdikcə çoxalır. Biz buna maneə olmamalıyıq. Ermənilər yaxın dövrdə özlərini ifşa edəcəklər”.

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …