Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Paşinyan Boltonun Qarabağ təklifini qəbul etmədi

Paşinyan Boltonun Qarabağ təklifini qəbul etmədi

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun İrəvana səfəri zamanı dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində həlledici addım atmasının vacibliyilə bağlı çağırışını rədd edib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Paşinyan Boltona onun adından çıxış etməməyi məsləhət görüb.

“Hər kəs öz adından çıxış edə bilər. Con Bolton, yaxud da başqa biri Ermənistanın baş nazirinin adından danışa bilməz. Qarabağ hakimiyyətinin, Qarabağ xalqı və Ermənistan xalqının iştirakı olmadan münaqişənin həlli mümkün deyil” ,- deyə Paşinyan vurğulayıb.

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …