“Ermənistan Respublikası sülh gündəliyinə sadiqliyini davam etdirir və rəsmi Bakını sülhün əldə olunması üçün tarixi şansı ləğv etməyə yönəlmiş addımlardan çəkinməyə çağırır”
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 11-də hökumətin iclasındakı çıxışında deyib.
Paşinyan idia edib ki, Qarabağın ermənilər yaşayan hissəsində “humanitar böhran dərinləşməkdə və genişlənməkdə” davam edir.
O, növbəti dəfə “Azərbaycanın bu addımının Qarabağ ermənilərini soyqırıma məruz qoymağa yönəlmiş siyasət” olduğunu bəyan edib.
Paşinyanın fikrincə, yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu Azərbaycanın Laçın yolunda həyata keçirdiyi “blokadanın aradan qaldırılması” və beynəlxalq mexanizm çərçivəsində Xankəndi-Bakı dialoqunun başlanmasıdır.