Ana səhifə / Siyasət / Paşinyan Bakının 5 tələbini niyə ictimailəşdirdi?

Paşinyan Bakının 5 tələbini niyə ictimailəşdirdi?

Azərbaycan Ermənistan qarşısında beş tələb irəli sürüb. İnformasiyanın Paşinyanın ailə qəzetində dərc edilməsi onun həqiqliyi ehtimalını gücləndirir, çünki “etibarlı mənbə” dedikləri elə erməni baş nazirin özüdür.

Bu barədə politiloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, rəsmi Bakı bu tələblərini müxtəlif səviyyələrdə dəfələrlə dilə gətirib. Nikol Paşinyanın bunu media üzərindən ictimaiyyətləşdirməsi səbəbsiz deyil:

– Birbaşa özü açıqlasa, “Paşinyan bu sənədə imza atacaq” ittihamları ilə üzləşəcək;

– “Etibarlı mənbə” adı ilə icimaiyyətləşdirməklə erməni cəmiyyətinin reaksiyasını yoxlayır;

– Və çətin şərtlər altında mübarizə apardığı, “Ermənistanın maraqlarını” qorumağa çalışdığı rəyini yaratmaq istəyir.

“Diqqət çəkən əsas məqam Paşinyanın “etibarlı mənbə” adı ilə təqdim etdiyi çıxış yoludur: Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün ya bu tələblər yerinə yetirilməli, ya kompramis tapılmalı, ya da Bakı bunlardan əl çəkməyə məcbur edilməlidir.

Hazırda Bakını tələblərindən əl çəkməyə məcbur etməyə çalışırlar. Azərbaycana qarşı müxtəlif cəbhələrdə müxtəlif formalarda aparılan kampaniyaların hədəfi budur”.

Qeyd edək ki, Bakının 5 tələbi budur: Qarabağdakı separatçı hərbi dəstə buraxılmalıdır, Qarabağ heç bir status olmadan Azərbaycanın bir hissəsi kimi tanınmalıdır, Zəngəzur dəhlizi açılmalıdır, 1919 və ya 1920-ci illərin xəritələrinə əsasən sərhədin delimitasiyası və demarkasiyası prosesi başladılmalıdır (konkret hansı xəritədən söhbət getdiyi məlum deyil), itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməlidir.

Həmçinin oxuyun

Laçın dəhlizində əslində nə baş verdi? – DETALLAR

Ermənilər Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağdakı erməni əhali üçün “həyati əhəmiyyət” kəsb edən yolun qarşısını …