Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Paşinyan bağışlanmasını istədi

Paşinyan bağışlanmasını istədi

Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqını ölkəni qarət edən və əsgərlərdən silah oğurlayan rüşvətxor məmurlar və oliqarxlardan qisas almağa çağırıb.

Paşinyan rüşvətxor məmurlar və oliqarxlarla münasibətdə yanlış davrandığını qeyd edib. Bunun üçün bağışlanmasını istəyib.Onun sözlərinə görə, erməni əsgərlərinə və itirilmiş torpaqlara görə həmin şəxslərdən qisas almaq lazımdır. Baş nazir fərarilik edənlərin, mövqelərini qoyub qaçanların mühakimə olunacağını vurğulayıb.

“Yaxın vaxtlarda mitinq keçirməyin lazım olduğunu düşünürəm. Torpaqları pula satanlar bu örtük altında uğur qazanacaqlarını düşünməsinlər”.

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …