Ana səhifə / Siyasət / Paşinyan azərbaycanlıların Ermənistana gəlişində heç bir problem görmür

Paşinyan azərbaycanlıların Ermənistana gəlişində heç bir problem görmür

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkə vətəndaşlarını Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, habelə regional yolların və kommunikasiyaların açılmasından qorxmamağa çağırıb.

Paşinyanın sözlərinə görə, bu yollar Ermənistan iqtisadiyyatı üçün Gürcüstan və İranla olan magistrallar qədər önəmlidir.

“Bu yollarla əcnəbilərin, məsələn azərbaycanlıların hərəkət etməsi problemdirmi? Siz bilirsiniz, İranın şimalında və Gürcüstanla sərhəddə azərbaycanlılar yaşayır. Ermənistana çoxsayda azərbaycanlılar səfər edir. Bu gün də vəziyyət belədir, hərçənd bu barədə açıq şəkildə danışılmır. Ötən 30 ildə də və elə həmişə də belə olub”, -deyə Paşinyan Ararat vilayətinin Aparan şəhərində sakinlərlə görüş zamanı qeyd edib.

Onun sözlərinə görə, Moskvada imzalanmış 9 yanvar 2021-ci il tarixli uçtərəfli razılaşmaya əsasən, ilk növbədə SSRİ dövründə mövcud olan dəmiryolları şəbəkəsi bərpa olunacaq. Avtomobil yollarının açılması məsələsi isə sonradan həll ediləcək./Oxu.az

Həmçinin oxuyun

“Caliber”dən növbəti təhlil: Ermənilər gələcəyi yoxsa keçmişi seçəcək? – VİDEO

“Caliber” layihəsinin “Youtube” kanalında Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə həsr olunmuş video yayımlanıb. “Caliber” qeyd …