Çərşənbə axşamı , Sentyabr 25 2018
Ana səhifə / Siyasət / Paşinyan Azərbaycanı hədələyir

Paşinyan Azərbaycanı hədələyir

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri və Vladimir Putinlə danışıqları ərəfəsində səs-küylü siyasi bəyanatla çıxış edib.

Bu barədə erməni KİV-i məlumat yayıb.

“Ermənistan respublikası və erməni xalqı güclü əks-zərbə vurmağa hazır olmalıdır və heç kim Qarabağ münaqişəsinin nizama salınması məsələsində bizimlə təhdid, məcburetmə və güc dilində danışa bilməz”, – deyə o, “Zinuj” proqramına eksklüziv müsahibəsində bildirib.

Nikol Paşinyan müsahibəsində Ermənistan silahlı qüvvələrinin döyüş bacarığı və maddi-texniki təminatı, Qarabağ münaqişəsinin nizama salınmasının mexanizm və imkanları, Ermənistan-Rusiya münasibətləri və KTMT-nın fəaliyyəti məsələlərinə toxunub.

Xatırladaq ki, bu gün Ermənistanın baş naziri rəsmi səfərlə Rusiyaya yola düşür. Orada onun Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə danışıqları planlaşdırılıb. (Virtualaz.org)

Həmçinin oxuyun

Putin bu gün Bakıya gəlir – danışıqlarda 3 kritik mövzu

Kreml başçısı Azərbaycana “hədiyyə” ilə gəlir? Moskvanın İrəvana Bakıdan verəcəyi əsas Qarabağ mesajı; “Putinlə birlikdə …