Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ətrafında baş verənlər hakimiyyətin daxili oyunlarıdır.
Bu sözləri REAL İdarə Heyətinin üzvü, tanınmış iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bu oyunlara qarışmaq istəməsə də, Şeyx ölkədə sekulyarizmə tövfə verən insandır:
“Yoxsa siz böyük avtoriteti olan dini lider istəyirsiz?! Nədən?! Paşazadənin 40 ildir apardığı dini siyasət ölkədə məzhəblərarası gərginliyin azalmasına, sekulyarizmə xidmət edib. Bunun nəyi pisdir ki?! Yoxsa sizə 1979-cu il “Paris modeli” dini lider lazımdı?! Din-inanc məsələsi çox həssas məsələdir, Allah sevgisi hər kəsin içində olub, doğru, ədalətli işlərə xidmət etməkdə insan övladına kömək olmalıdır. İnanc məsələsi fərdidir, İnsanla Yaradan arasında olan körpüdür, Allah hər kəsə hidayət versin!”
