Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Partlayış baş verən zavodun direktoru danışdı

Partlayış baş verən zavodun direktoru danışdı

Usubağa Məmmədov sexdə vəhabilərin çalışması haqda iddialara münasibət bildirdi

Bu gün partlayış olan Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika zavodunun direktoru Usubağa Məmmədov “Yeni Müsavat” əməkdaşının suallarını cavablandırıb. U.Məmmədov deyib ki, hazırda araşdırma aparılır:
– Burada mətbuatlıq bir iş yoxdur. Bu işlə məşğul olan bütün orqanlar buradadır. Axşam müvafiq orqanlar məlumat verəcək.
 
– Partlayışın qəsdən törədilməsi haqda məlumatlar doğrudurmu?
– Yox, qəsdən ola bilməz.
– Partlayış baş vermiş sexdə vəhabilərin çalışması haqda məlimat var. Bu məlumat nə dərəcədə doğrudur?
– Onu araşdıracaqlar. Sadəcə qısaqapanma olub. Kiçik, 5-in 6-ya olan yerdir.
– Hadisə zamanı neçə nəfər ölüb, neçə nəfər yaralanıb?
– Mən özüm qarışıq 19 nəfər “uqar” tutub bizi. 1 nəfər rəhmətə gedib.
– Rəhmətə gedən kimdir? Ölümünün səbəbi nədir?
– 1985-ci ildən bizdə işləyirdi. 30 ildir ki, burda çalışırdı. Allah rəhmət eləsin.
– Zavodda, həmin o 3-cü sexdə nə baş verib?
– Ancaq yanğın olub, yanğın.
– Yanğının səbəbi nədir?
– Yanğın olub da. Evdə yanğın nədən baş verir? Yanğın olub, zəhərləniblər. Orada sexdə stol, stul yanıb.
– Sexdə stol, stullar nədən alışıb? 
– Sonra danışarıq, deyərəm.
Qeyd edək ki, bir neçə saat əvvəl “Telemexanika” zavodunda baş verən partlayış zamanı 1967-ci il təvəllüdlü Raziyə Süleymanova dünyasını dəyişib, 19 nəfər Şirvan şəhər mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Şöbə müdiri Tofiq Hüseynov “Azadlıq” radiosuna deyib ki, xəstəxanaya gətirilənlərdən 13 nəfərinə ilkin ambulator tibbi yardım göstərilib. 6 nəfər isə xəstəxanaya yerləşdirilib. Tofiq Hüseynov onlardan 3 nəfərinin vəziyyətinin daha ağır olduğunu bildirib:
“Həmin xəstələr Bakıya göndəriləcək. Digər 3 nəfərsə bizim xəstəxanada müalicəsi davam etdiriləcək”.
Virtualaz.org-ın məlumata görə, bu gün Şirvan şəhərdəki Telemexanika zavodunda baş vermiş partlayışda yaralanan şəxslərin adlarını dəqiqləşib.
Termik yanıq xəsarətləri ilə Şirvan mərkəzi xəstəxanasına yerləşdirilən şəxslər bunlardır:
1966-cı il təvəllüdlü Əbilova Mehparə Qurban qızı (yanıq xəsarəti)
1961-ci il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı (yanıq xəsarəti)
1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızı (ağır vəziyyətdə reanimasiyadadır)
1964-cü il təvəllüdlü Vəliyeva Həlimə Ordu qızı (yanıq xəsarəti)
1960-cı il təvəllüdlü Rzayeva Şərqiyyə Ədalət qızı (yanıq xəsarəti)
1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı (yanıq xəsarəti).

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın