Bazar ertəsi , Sentyabr 25 2023
Ana səhifə / Siyasət / “Partiyaların çoxunun ləğvində məntiq var” – İlqar Məmmədov

“Partiyaların çoxunun ləğvində məntiq var” – İlqar Məmmədov

“Proporsional seçkiyə keçməyə ölkə rəhbərliyi qərarlıdırsa, onun özünə yaxın olan partiyaların çoxunun davam edən ləğvində məntiq var. Çünki qarşıdakı seçkidə səs daha təmiz sayılsa, belə partiyaların bülletendə yer alması müxalifətin yox, YAP-ın səslərini azaldacaq”.
Bunu REAL partiyasının sədri İlqar Məmmədov bildirib.
“Necə? Tutalım hökumətyönlü A, B, C, D, E, F partiyaları var. Onlar seçkidə toplam 60 min səs qazanar. Bu o deməkdir ki, bu partiyalar seçkiyə qatıldığı təqdirdə həmin səslərin hamısını da olmasa, böyük əksəriyyətini YAP itirmiş olacaq, çünki A, B, C, D, E, F-in yoxluğunda onları bəyənən seçicilər YAP-a səs verərdi.
Hökumət yönlü partiyalar son aylarda ağıldakı bu hesabla kütləvi şəkildə qapadılır.
Bu baxımdan REAL kimi konstruktiv mövqeli rəqib də YAP-ın maraqlarına zərərlidir.  REAL-ın yoxluğunda bizim seçicilərin çoxu başqasına çətin səs verə. Bu isə YAP-ın mövqeyini gücləndirər.
Hələlik hakimiyyət yönlü mətbuat adımızı 30 ilin qaraguruh müxalifətinə qatmağa çalışır.  Davam edən bu fənd sonda ağıllarına çox da batmasa, qeydiyyatımızı ləğv edib seçkiyə buraxmamağa cəhd edəcəklər.
Rəsmi cavab üçün son müddət 15 sentyabrdır”, – İ. Məmmədov qeyd edib.

Həmçinin oxuyun

“Əsas odur ki, Qarabağda qalan ermənilər çox pul qazansın və yaxşı yaşasınlar”

“Hər şey insanlardan asılıdır. Mən kiminləsə mehriban da danışa bilərəm, acılaya da bilərəm. İndi iki …