Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Siyasət / PARTİYADAŞI DA ZATULİNƏ YERİNİ GÖSTƏRDİ – “Başın girmədiyi yerə bədənini soxma”

PARTİYADAŞI DA ZATULİNƏ YERİNİ GÖSTƏRDİ – “Başın girmədiyi yerə bədənini soxma”

Federasiya Şurası sədrinin birinci müavini, “Vahid Rusiya” partiyasının Ali Şurasının katibi Andrey Turçak partiyadaşı Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulinin Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin “dxr” və “lxr”-in tanınmaması barədə sözlərinə reaksiyasını tənqid edib.

Qeydedibki, Rusiyavə Qazaxıstanarasındaheç birəraziməsələsiolmayıbvə yoxdur. Tokayevin sözlərinə reaksiya isə Rusiya prezidentinin və Rusiya XİN-nin preroqativinə aiddir.

Bundan əvvəl Zatulin həddini növbəti dəfə aşaraq bəyan edib ki, Qazıxıstanın «dxr» və «lxr»-i tanımaqdan imtinasına görə, bu respublikaya qarşı da “Ukrayna ilə olduğu kimi” tədbirlər görülə bilər.

«Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulinin Qazaxıstanla hansısa ərazi məsələsi barədə bəyanatı tənqidə tab gətirmir. Bizim ölkələrimiz arasında belə məsələ olmayıb və yoxdur. Tokayevin «dxr» və «lxr»-in statusu barədə sözləri rəsmi şəxslərin KİV-ə təxribatçı şərhlər verməsi üçün səbəb ola bilməz» – Vahid Rusiya partiyasının mətbuat xidməti Turçakdan sitat gətirib.

Turçak həm də qeyd edib ki, mövzu deputatın səlahiyyətinin sərhədləri xaricindədir, Rusiyanın xarici siyasəti üzrə prinsipial məsələlər istisnasız olaraq Prezidentin və Rusiya Federasiyası XİN-in məsuliyyətindədir.

“Konstantin Fyodoroviçə gəlincə, yaxşı olardı ki, o, diqqəti öz komitəsinin funksiyalarına yönəldəydi. Bunlardan ən mühümü keçmiş SSRİ (MDB – Red.) respublikaları arasında müttəfiqlik və dinc yanaşı yaşayış münasibətlərinin möhkəmləndirilməsi məsələsidir. O özünün şəxsi fikirini söyləyib. Yaxşı olardı ki, bu barədə təkrar düşünəydi və ya ən azı gələcəkdə danışmayadı» – Turçak fikrini tamamlayıb.

Turçakın bu tənqidini «diplomatik» dildən tərcümə etsək, belə alınar: «Zatulin “başı girmədiyi yerə bədənini soxub” və yaxşı olar ki, dilini «qarnına qoysun» – belə məsələlər prezidentin səlahiyyətindədir».

Biz isə belə deyirik: Əgər hər yerindən qalxan (Kremlin fətvası ilə!!!) «respublikanı» tanımaq belə vacib məsələdirsə, qoy, əvvəlcə Qazaxıstan (və digər dövlətlər) Rusiya Federasiyasının tərkibindəki respublikaları – Tatarıstanı, Başqırdıstanı, Çuvaşiyanı, Çeçenistanı, İnquşetiyanı, Kabarda-Balkanı, Dağıstanı, Altayı, Saxanı və digərlərini tanısın!

AzPolitika.info

Həmçinin oxuyun

İlqar Məmmədov: “İctimai televiziyada şəklimi həftədə bir dəfə asıb, sığallayırlar”

“İctimai televiziyada şəklimi həftədə bir dəfə asıb, sığallayırlar (Dadaşlinskinin verilişini nəzərdə tutur-red). Amma sözümü efirə …