Ana səhifə / Siyasət / Partiya üzvlərindən kimsə Milli Şuranın mitinqində iştirak etsə, dərhal cəzalandırılacaq” – Deputat

Partiya üzvlərindən kimsə Milli Şuranın mitinqində iştirak etsə, dərhal cəzalandırılacaq” – Deputat

“Əgər Milli Şuranın yanvarın 19-da keçirilməsi gözlənilən mitinqinə partiyamın üzvlərindən kimsə getsə, onları cəzalandıracam”.
Bu fikirləri Demokrat.Az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev bildirib.
F.Quliyev deyib ki, Milli Dirçəliş Hərəkatı Partiyasının üzvlərindən kimsə Milli Şuranın mitinqində iştirak etsə, həmin adamlar partiya üzvlüyündən çıxarılacaq:
“Bizim Milli Şura ilə heç bir əməkdaşlığımız yoxdur, hər hansı bloka qoşulmuruq. Biz hər hansı tədbir təşkil edəndə onu sərbəst keçiririk. Biz Milli Şuraya ona görə qoşulmuruq ki, dəqiq onun arxasından nəyin çıxacağını bilmirik. Birdə görürsən ki, kiminsə əli başqasının cibindən çıxır. Ona görə də bizim partiya Milli Şuranın tədbirlərində iştirak etmir. Partiyamızın 40 mindən çox üzvü var. Əgər o üzvlərdən kimsə Milli Şuranın mitinqində iştirak etsə, dərhal partiyadan çıxarılacaq”.
Xatırladaq ki, Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da mitinq keçirmək barədə qərar qəbul edib.

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …