Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / Partiya sədrləri arasında qalmaqal

Partiya sədrləri arasında qalmaqal

“Səs tv”dəki çıxışımdan sonra Sərdar Cəlaloğlu mənə növbəti dəfə böhtan atdı və ağır təhqir etdi. Bir izləyici ona yazdı ki, guya mən bu çıxışımda “Türkiyə və Pakistan Rusiyadan qorxur”-demişəm. O da nə yaşına, nə də statusuna yaraşmayacaq şəkildə məni “Rusiyanın agenti” adlandırıb, ağır dövləti cinayətdə ittiham etdi. İddia etdi ki, mən bunu Rusiyadan aldığım pullar qarşılığında edirəm. Çox təəssüf ki, bu birinci dəfə deyil”.

Bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.

“Sərdar Cəlaloğlu hakimiyyət orqanlarını da “rusiyanın agentləri” ilə dolu olmaqda suçladı və onların davranışını “Rusiyadan qorxmaları” ilə əlaqələndirdi. Bu vaxta kimi onun dediklərinə səbr göstərməyimə baxmayaraq qarşı tərəfin bunu başa düşməməsini və məsuliyyətsiz bəyanatlar verməkdə davam etməsini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidmətinə müraciətlə bu məsələni araşdırmasını və tədbir görməsini tələb edəcəyəm. Eyni zamanda məhkəməyə və prokurorluq orqanlarına müraciət edib, ünvanıma söylənilən böhtan və təhqirlərə görə onun cinayət məsuliyyətinə cəlb olunmasını, özünün və telekanalının təzminat ödəməsini tələb edəcəyəm” – A.Səmədov qeyd edib.

Həmçinin oxuyun

Baş Prokurorluq Əli Əliyevlə bağlı məlumat yaydı

Baş Prokurorluq Əli Əliyevə xəbərdarlıq edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Azərbaycan Respublikasının …