Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Siyasət / Partiya sədrindən Vaqif Əsədovla bağlı AÇIQLAMA

Partiya sədrindən Vaqif Əsədovla bağlı AÇIQLAMA

“Bir qədər öncə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun daxili işlər orqanlarında xidmət müddətinin başa çatması ilə əlaqədar təqaüdə göndərilməsi ilə bağlı dəqiq məlumat aldım. Açığı mənim üçün heç gözlənilməz xəbər də olmadı. Bu, qanunun tələbidir. Doğrudur, təqaüd yaşına çatmış fiziki cəhətdən gümrah olan şəxslərə seçim imkanının tanınmasının tərəfdarıyam. Hesab edirəm ki, fiziki və əqli cəhətdən işləmək imkanı olan hər bir şəxsə təqaüdə çıxıb-çıxmamaqla bağlı seçim verilməlidir. Belə olan halda dövlətin yükü də azalmış olar, digər təqaüd alan şəxslərin də təqaüdlərində ciddi artım olmuş olar. Hələ ki, mövcud qanunvericiliyimizin tələbləri buna imkan vermir… Xidmət müddətinin başa çatması ilə əlaqədar təqaüdə göndərilmiş polis polkovniki Vaqif Əsədova gəldikdə şəxsən mənim üçün xətri əziz, səmimi və vicdanlı şəxslərdən olub. Açığı onu heç bir zaman polis polkovniki kimi görməmişəm. Daha çox vətəndaşın dostu kimi xidmət aparmış, vətəndaşla daxili işlər orqanları arasında səmimi və qayğıkeş münasibət yaratmağa çalışan bir insan kimi xatirimdədir. Hesab edirəm ki, o eyni zamanda başqa dövlət qurumlarının mətbuat xidmətlərinə də nümunə, örnək olacaq şəxsdir. İnanmıram ki, Vaqif Əsədov hər hansısa bir media mənsubu üçün əlçatmaz şəxs olub”.

Bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

A.Şakiroğlu deyib ki, xidməti dövründə ictimaiyyətlə sağlam və şəffaf əlaqələrin necə qurulmalı olduğunu başqa qurumların bu sahə üzrə rəhbərləri Vaqif Əsədovdan öyrənmiş olsa dövlətinə, xalqına və xidmət apardığı dövlət qurumuna çox böyük fayda vermiş olar: “Bilməyənlər üçün onu da deyim ki, Vaqif Əsədov 44 günlük şanlı vətən müharibəsi dövründə yeganə oğlunu könüllü olaraq savaşa yollamış bir qazi atasıdır. O, əlində hər cür imkan olmasına baxmayaraq, oğlunu vətəninin müdafiəsinə yollamış bir vətəndaşdır. Tanrı yar və yardımçısı olsun… Arzu edirəm ki, Azərbaycanda elə bir ictimai-siyasi mühit formalaşsın ki, hər gedən məmur haqqında belə xoş sözlər yazmaq bizə nəsib olsun…”

Həmçinin oxuyun

Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli iclas keçirəcək

İyunun 27-də Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Türkiyə …