Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Partiya sədri yazıçı Anarı “topa tutdu” — QALMAQALLI AÇIQLAMA

Partiya sədri yazıçı Anarı “topa tutdu” — QALMAQALLI AÇIQLAMA

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayevi kəskin tənqid edib.

S.Cəlaloğlu “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Anar Rzayev xalq yazıçısı deyil:

Anar Rzayev keçmiş Sovet İttifaqı dövründə rejimin yanında yer alıb. O, Azərbaycan müstəqillik əldə edən zaman da istiqlal qatarından geri qalmış adamdır. Yazıçı Anar heç zaman Azərbaycanın müstəqillik hərəkatında fəal iştirak etməyib. Bu gün də yazıçı Anar Azərbaycan xalqının yanında deyil. Keçmiş Sovet İttifaqı dövründə də Anar kimi yazıçılara “saray yazıçısı” deyirdilər. Bu gün də Anar xalq yazıçısı deyil. Ümumiyyətlə, biz Anarı qəhrəman etməyə çalışmamalıyıq. Bu adamın özünün belə qəhrəman olmaq fikri yoxdur. Mətbuat da o qədər Anardan yazır ki, xalq da elə bilir, ondan yaxşı yazıçı yoxdur. Halbuki, Azərbaycanda Anardan qat-qat istedadlı və Vətənə bağlı olan yazıçılar, şairlər var”.

Partiya sədri deyib ki, Azərbaycanda Ramiz Rövşən, Məmməd Araz, Xəlil Rza Ulutürk və digərlərinə xalq şairi demək olar: “Çünki bunlar həqiqətən də xalqla nəfəs alıblar. Ancaq Səməd Vurğuna, Anar Rzayevə, Süleyman Rüstəmə bu ünvanı şamil etmək olmaz. Çünki Səməd Vurğunun taleyi ilə Azərbaycan xalqının taleyi paralellik təşkil etmir. Dövründə Səməd Vurğun cah-cəlallı həyat yaşayıb. Ona görə də Azərbaycan onun təriflədiyi ruslar tərəfindən istila olunub. Səməd Vurğun Azərbaycan xalqının taleyinə biganə qalan adam olub. Ona görə də mən ona xalq şairi deyə bilmərəm”. 

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …

Bir cavab yazın