Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Siyasət / Partiya başqanı haqqında bu cür hadisələrin cərəyan etməsi heç bir dəyərə sığmır – Ramil Hüseynov

Partiya başqanı haqqında bu cür hadisələrin cərəyan etməsi heç bir dəyərə sığmır – Ramil Hüseynov

Biri qaçaq olub, mərd olub,

Biri qoçaq olub, mərd olub.

Biri kasıb olub, mərd olub.

Bəs namərdlər hardandı,

Bax, bu mənə dərd olub.

Bu misralar şairimiz Fikrət Qoca tərəfindən yazılıb. Çox təəssüf ki, biz bu gün bu sualın cavabının hələdə axtarışındayıq. Bu namərdlər hardan peyda olub?!

Siyəsət həmdə sosial bir varlıqdır. Bu varlığı inkişaf etdirmək, yaşamını təmin etmək siyasi liderlərin, ictimai şəxslərin bilavasitə borcudur. Biz bu gün əksinin şahidi oluruq. O, imkanları olan şəxslər bu sosial varlığı dəfn etmək üçün əllərindən gələn bütün imkanlardan istifadə edirlər. Öz mülahizələri, addımları ilə siyasəti ölümcül hala gətirənlər, reanimasiyadan çıxmağa imkan vermək istəməyənlər xalqımıza ən böyük zərbələri vurmaq üçün nəticəsiz strategiyalarına xidmət edirlər. Bu mənasız xarakterdən qurtulmaq üçün müxtəlif müalicə növləri var lakin onların heç biri bundan istifadə etmək istəmir. Cəmiyyətimizi doğru və ədalətli yola yönəltmək, onların davranışlarında müsbət dəyişikliklər etmək lazımdır. Davranış qaydalarını siyasi addımlarımız və kursumuzla töhvə verərək, analitik qabiliyyətlərini artıraraq, yanaşma və yaşam tərzlərimizi mükəmməlləşdirmək lazımdır. Bu ictimai şüura təsiretmə imkanına malik olan şəxslərin məsuliyyət borcudur. Bu borcu hər birimiz ləyaqətlə yerinə yetirməliyik . Uzun müddət siyasi fəaliyyəti prinsiplərə xidmət etməyən şəxslər bu gün xalqa ən böyük zərbəni vururlar. Başqasınıkını özünküləşdirənlər həm maddi, həm siyasi sərvətlərin hesabına dələduzluq edənlər, yalançı siyasətçi şinelini üzərinə taxanlar hələ özlərinə haqq qazandırmaq istəyəndə bu daha dəhşətli və eybəcər mənzərə yaradır. Az da olsa, çox cüzidə olsa sizə inandırmağı bacardığınız vətəndaşların etimad və ümüd elementlərinə necə xəyanət etdiyinizi düşünürsünüzmü? Qətiyyən yox!

Düşünmürsünüz, çünki siz individual, fərdi münasibətlər sistemindən kənara çıxa bilmirsiz və bu sizi uçuruma aparır. Taleyinizin üstünə qara xətt çəkib ləkə salırsınız. Heç kimin haqqı yoxdur ki, ona inanan bircə vətəndaşın belə etimadına zərbə vursun. Bu cinayətdir. Etimaddan və etibardan sui-istifadə, elmi biliklərə yiyələnə bilməyən, intellektual səviyyəsi olmayan cılız düşüncəlilərin məharətlə bacardığı bir işdir. Kiminsə həbs həyatı yaşayıb ailəsindən uzaq durmağının əleyhinəyəm. Amma zorla özünü bu yola vadar edənlərində çox təəssüfki qarşısını almaq imkanında deyilik. Bir siyasi şəxsdə özünü bu yola məhkum etdi. Əslində bu mənə çox pis təsir etdi, heç belə olmağını istəməzdim. Amma mən “Ay Partiya” başqanı Anar Əsədli haqqında oxuduğum və dinlədiyim faktlardan sonra çox məyus oldum. Bizim onunla heç bir siyasi münasibətimiz və şəxsi əlaqələrimiz olmayıb, niyəsini zamanı gələndə açıqlayaram.

Bir partiya başqanı haqqında bu cür hadisələrin cərəyan etməsi heç bir dəyərə sığmır. Ümumilikdə isə siyasətdə belə həbslərə hakimiyyəti vadar edib, bu cür addımları atmağa məcbur etmək siyasi insitutlara zərbə vurmaq olmaz. Siyasəti cəmiyyətin gözündə iyrənc hala gətirmək, siyasi ədəbazların yaramazlığının nəticəsidir.Cəmiyyətimizdə düzgün yaşam tərzinə, doğru analiz qabiliyyətinə, real qiymətləndirmə sisteminə ciddi xələl gətirən belə insanlar təəssüflər olsun ki, yetəri qədərdir. Bütün bunlar əks tərəfin yəni ki, hakimiyyətin daha da güclənməsinin digər tərəfin isə cılızlığının bariz nümunəsidir. Yetər cənablar, bu siyasi meymunluqlar bizə fayda vermir.

Allah Fikrət Qocaya rəhmət eləsin!

Ramil Hüseynov, Yeni Yol Partiyasının sədri

Həmçinin oxuyun

Kılıçdaroğlu: Bu, tariximizin ən ədalətsiz seçki dövrü idi

Türkiyədə prezidentliyə “Millət İttifaqı”nın vahid namizədi Kamal Kılıçdaroğlu seçkilərin nəticələri bilinəndən sonra Ankarada tərəfdarları qarşısında …