Bazar ertəsi , May 20 2019
Ana səhifə / Siyasət / Parlamentdə şok təklif – “Deputatlar 8000 manat maaş alsın”

Parlamentdə şok təklif – “Deputatlar 8000 manat maaş alsın”

Deputat Qüdrət  Həsənquliyev deputatların maaşların  8000 manata qaldırılmasını təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o Milli Məclisin plenar icalsında deputatların maaşlarının artırılması ilə bağlı dəyişikliyin müzakirəsi zamanı deyib. O qeyd edib ki, indiki 10 faizlik artım yetərli deyil: “Ölkədə iki devalvasiya olub. Deputatlar, hakimlər, Ombudsman  başqa fəaliyyət barədə düşünməməlidir. Başqa ölkələrdə maaşlar çoxdur.  Ona görə də onlar elə maaş almalıdırlar ki, ailələrini dolandıra bilsinlər. Təklif edirəm ki, baş nazir, Milli Məclisin sədri 10000, deputatlar isə ən azı 8000 manat maaş alsınlar”.

Spiker Oqtay  Əsədov isə deputatın təklifləri ilə razılaşmayıb. O qeyd edib ki, indi əmək haqları artırılması nəzərdə tutulan şəxslərlə digər insanların maaşları arasında artımda böyük fərq olmamalıdır.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …