Ana səhifə / Siyasət / Parlamentarilərimiz sabah İsveçrəyə yollanır

Parlamentarilərimiz sabah İsveçrəyə yollanır

Mayın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, İsveçrə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova, deputatlardan Aqiyə Naxçıvanlı, Vahid Əhmədov, Erkin Qədirli, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində parlamentin spikeri Sahibə Qafarovanın ölkənin vitse-prezidenti, İsveçrə Parlamenti Milli Şurasının sədri, Parlamentin Kantonlar Şurasının sədri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Burada keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrimizin bugünü və gələcək inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 11-də başa çatacaq.

Həmçinin oxuyun

Parlamentin 8 spikeri – hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq …