Cümə , Dekabr 1 2023
Ana səhifə / Siyasət / Parlament polisi döyən deputata görə TOPLANIR – Qərar nə olacaq?

Parlament polisi döyən deputata görə TOPLANIR – Qərar nə olacaq?

Milli Məclis deputatın polisi döyməsi məsələsinə görə toplanır.

Milli Məclisin avqustun 3-nə növbədənkənar iclası çağırılıb.

Bu barədə deputatlar məlumatlandırılıb.

İclasda bir neçə gündür müzakirə olunan məsələ- deputat Eldəniz Səlimovun polis əməkdaşının döyməsi hadisəsi müzakirə olunacaq.

Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Xatırladaq ki, daha əvvəl də deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılovla bağlı Milli Məclis toplanmışdı. Milli Məclis Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlamışdı.https://bax.tv/forhtml12.html?utm_source=yenisabah&utm_medium=banner&utm_campaign=1

Həmçinin oxuyun

Fuad Nəcəfli Naxçıvandakı köhnə idarəetməni tənqid etdi

“Naxçıvan ölkənin ümumi inkişaf tendensiyasının önəmli parçasıdır. Ancaq köhnə, düzgün olmayan idarəetmə qaydası bu inkişaf …