Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Parkomat və parklama problemi bitmir…

Parkomat və parklama problemi bitmir…

Bakının bir çox küçələrində avtomobillərin dayanması üçün parkomatlar quraşdırılsa da parkomat olmayan bəzi küçələrdə qanunsuz parklama halları müşahidə olunur.

Oxşar hal Səməd Vurğun küçəsi və Atatürk prospektində də var. Belə ki, buradakı bir çox obyektlərin qarşısında yanlış parklama hallarına rast gəlinir. Bu da küçədə hərəkəti məhdudlaşdırır, nəticədə isə tıxac yaranır.

Belə mənzərələr İsgəndər Quliyev adlı daimi oxucumuzun virtualaz.org saytına göndərdiyi fotolardan da əyani şəkildə görünür.

Məsələyə münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov virtualaz.org saytına açıqlamasında deyir ki, təkcə adıçəkilən ünvanlarda yox, şəhərin bir çox küçələrində analoji hal var: “Bakı şəhərinin inzibati ərazisinə düşən 70-dən çox küçə və prospektdə 300-dən çox parkomat var və əməkdaşlarımız da onlara daim nəzarət edir. Dayanma-durma qadağan edilən ərazilərə də nəzarət edirik, əməkdaşlarımız gün ərzində qaydanı pozanlarla bağlı 400-ə yaxın protokol tərtib edir. 50-ə yaxın avtomobil isə evakuasiya olunur. Adıçəkilən ünvanlarda da inspektor ərazidə olmayanda sürücülər fürsətdən istifadə edib orada maşın saxlayır. Buna baxmayaraq küçələrdə nəzarət kameralarının köməyilə də qaydanı pozanlar müəyyən edilir”.

Bəs bu yerlərdə parkomat quraşdırmaq mümkündürmü?

Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev isə bildirir ki, bəzi yerlərdə yaxınlıqda yeraltı dayanacaq olduğu halda sürücülər dayanma-durma qaydasını pozur: “Məsələn, Səməd Vurğun küçəsində yeraltı dayanacaq var. Orada bir-birinə çox yaxın ərazilərdə yenidən parkomat quraşdırmağa ehtiyac yoxdur”.

 

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın