Bazar ertəsi , Sentyabr 25 2023
Ana səhifə / Siyasət / Parisdən Bakıya çağırış: “Laçın dəhlizini açın”

Parisdən Bakıya çağırış: “Laçın dəhlizini açın”

“Biz Laçın dəhlizi boyunca hər iki istiqamətdə insanların, malların və yüklərin sərbəst hərəkətinin bərpasını, əhaliyə qaz və elektrik enerjisinin fasiləsiz verilməsini tələb edirik”.

Bu haqda iyulun 27-i Fransa Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

Rəsmi Paris yaydığı açıqlamada, Azərbaycanı beynəlxalq öhdəliklərə və Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarına əməl etməyə çağırıb.

Nazirlik bəyanatında həmçinin Bakının atəşkəs razılaşmasına və danışıqlar prosesinə ziyan vurduğunu bildirib.

Rəsmi Bakının Parisə cavabı gecikməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın qərəzli olmaqda ittiham edib:

“Fransa tərəfinin yenə də Ermənistan təxribatlarına qarşı susqunluq sərgiləməsi və qərəzli şəkildə Azərbaycana qarşı çağırışlar etməsi Fransa tərəfindən həyata keçirilən siyasətin yanlış olduğunu nümayiş etdirir”.

XİN-dən həmçinin qeyd olunub ki, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb məsələ ilə bağlı qərəzli bəyanatlar verməzdən öncə, Azərbaycan əleyhinə bu kimi bəyanatların nəyə xidmət etdiyini bir daha düşünməyə, bu kimi bəyanatların bölgədə sülh və sabitliyə xidmət etmədiyini anlamağa çağırırıq.
 

Həmçinin oxuyun

“Əsas odur ki, Qarabağda qalan ermənilər çox pul qazansın və yaxşı yaşasınlar”

“Hər şey insanlardan asılıdır. Mən kiminləsə mehriban da danışa bilərəm, acılaya da bilərəm. İndi iki …