Ana səhifə / Siyasət / Parfümeriya mağazalarındakı saxta kampaniyalar

Parfümeriya mağazalarındakı saxta kampaniyalar

Alıcılar onlara köhnə məhsullar təklif edildiyini iddia edir

Hazırda ölkədə kosmetikanın geniş partiyada satışı ilə mağazalar şəbəkələri ilə yanaşı, müvafiq markaların distribütörləri də məşğul olur. Ancaq onlar arasında mağazalar şəbəkələri bir-biri ilə rəqabəti, kampaniyaları ilə daha çox diqqəti cəlb edir. Bu kampaniyalar ya endirimlər, ya da “birini alana biri hədiyyə” kampaniyası çərçivəsində həyata keçirilir. Bu cür kampaniya həyata keçirən mağazalardan biri də geniş alıcı kütləsi olan, eləcə də keyfiyyətli kosmetika və ətrin satışı üzrə qarant hesab edilən “İdeal” mağazasıdır.

İdeal mağazasında “bir alana 1 hədiyyə” kampaniyası piştaxtalarını nədənsə az satılan və ucuz əmtəələr bəzədiyini müşahidə etdik. Elə alıcılarda kampaniyaya əsas brendlərin daxil olmamasından narazılıq edirdilər. Hətta alıcılar arasında kampaniyaya yararlılıq müddətinə az qalan məhsulların daxil olduğunu iddia edənlər də vardı. Onların sözlərinə görə, vaxtı bitmiş və ya bitməyə az qalmış məhsulları satmaq üçün zaman-zaman bu cür kampaniyalar keçirilir. Mağazadakı satıcıların bir neçəsindən bu iddialara münasibət öyrəndik. Onlar deyilənlərin reallıqdan uzaq olduğunu bildirdilər.

Satıcıların sözlərinə görə, bu kampaniyanı onlar mütəmadi olaraq, əsasən də yay aylarında keçirirlər. Ancaq “İdeal” parfümeriya mağazasında olarkən bir sıra kosmetik məhsulların və ətirlərin üzərində istehsal və ya son yararlılıq tarixini görə bilmədik. Qeyd edək ki, “İdeal” mağazası “Chanel”, “Dior”, “Lancome”, “Guerlain”, “Bourjois”, “Calvin Klein”, “Collistar”, “Chopard”, “Gucci”, “Burberry”, “İsadora”, “Hugo Boss”, “Kenzo”, “Lacoste”, “Lanvin”, “Lumene” kimi kütləvi kosmetikanın ən çox tələb olunan brendlərinin satışını həyata keçirir. Ancaq bu brendlərdən heç də hamısı bu kampaniyalar siyahısına düşmür.

Qiymətləri “ceyran belində” olan bu brendlərə isə alıcıların əksəriyyəti yalnız baxmaqla kifayətlənir. Rəsmi statistikada Azərbaycanda kosmetika və ətriyyatın illik satışının adambaşına 15 manat təşkil etdiyi bildirilsə də, müşahidə etdiyimiz mənzərə bu rəqəmin nə dərəcədə qeyri-real olduğunu ortaya çıxarır.

Mağazalarda ən ucuz kosmetikanın satış qiyməti 15 manat, ətir isə 30 manat təşkil edir. Kosmetik vasitələr 0-25 dərəcə temperaturda, qaranlıq, yaxşı havalandırılan, nisbi rütubətin 70 faizi aşmadığı yerlərdə saxlanılmalıdır. Tərkibində səthi aktiv maddələr və spirt olan kosmetik vasitələr isə 20 dərəcəyədək temperaturda saxlanmalıdır. Qeyd edək ki, məhsulların son istifadə tarixləri qablaşdırmanın üzərində mütləq qeyd edilir.

Məhsulun istifadə müddətini göstərən PAO (“Period After Opening” yəni açıldıqdan sonrakı saxlama müddəti) işarəsinin olmasıdır. Bu işarə qapağı açıq qab şəklinin içində rəqəm və “M” hərfindən meydana gəlir. Qab şəklinin içində “6 M” yazılıbsa, deməli, bu məhsul açıldıqdan sonra 6 ay müddətində istifadə edilə bilər. Mütəxəssislər kiprik üçün istifadə edilən tuş və duru göz laynerlərinin 3 ay, tonal krem və ya korrektorların 6-12 ay, ənlik, kirşanın 12-18 ay, dodaq boyası və dodaq parıldadıcılarının 12 ay, göz və dodaq qələmlərinin 2-3 il, nəmləndiricilər, üz və göz kremləri, serum və maskaların isə 6 ay və ya 1 il yararlılıq müddəti olduğunu bildirirlər.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın