Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / “Pandemiya şəraitində gərginlik yaratmaq yaxşı iş deyil”

“Pandemiya şəraitində gərginlik yaratmaq yaxşı iş deyil”

Bu barədə “Azərbaycan Dünya İnformasiya Məkanında” İctimai birliyinin sədri Kamil Abdullazadə son günlər gündəmi zəbt edən “Milli Fədailər Hərəkatı” başqanı Fuad Muradovun qalmaqallı statusu ilə bağlı məsələdə mövqeyini bildirib.
Kamil Abdullazadə Naxçıvan keçmiş Daxili İşlər Naziri Səyavuş Mustafayevə də “Facebook ” sosial şəbəkəsində iradını bildirib:

“Səyavuş Mustafayev !
Sizdən çox xahiş edirəm ki, şəhidlərimizə hörmət etməyi bacaraq. Fuad Muradovun ətrafında şou düzəltməyin. Şəhidlərimizi və onların analarını heç kim təhqir edə bilməz!!!.
Fuad Muradov sizin oğlunuz yerindədir. Fuad Muradovu harasa dəvət etmək sizin kimi ağsaqqala hörmət gətirməz. O ki, qaldı Fuad Muradovun statusuna, mən də oxumuşam. Mən də yaraşdırmadım “atdırsın” sözünü Fuaf Muradova. Ancaq Fuad Muradov o sözü şəhid analarına yox, özünü yalandan şəhid anası kimi qələmə verən şəxslərə ünvanlayıb . O ki, qaldı görüşə Səyavuş müəllim nəzərə alın ki, pandemiya şəraitində görüş adı ilə bilərəkdən gərginlik yaratmaq yaxşı iş deyil.
Siz ağsaqqalsınız təhqirlərə yol verməyin. Görüşmək hər zaman olar. Lakin bu gün pandemiya şəraitində qanunlara tabe olmaq lazımdır. Fuad Muradovu mən tanımıram. Amma şəhid anaları ilə bağlı istənilən bir mənfi hərəkətini hiss etsəydim məndə bağışlamazdım. Yaxşı olardı ki, siz bu hərəkətinizlə özünü siyasi bloger adlandıran , Avropaya qaçıb Prezidentimizi və onun ailə üzvlərini təhqir atəşinə tutan şəxsləri görüşə çagırardınız, onda sizi yaxşı başa düşərdilər, Fuad Muradov yəqin ki, rüşvətxor məmurlara qarşı öz çevik hərəkətlərilə kimlərisə narahat edir. F.Muradovun ətrafımda cərəyan edən bu qalmaqal hesab edirəm ki sifariş xarakterlidir. Sizə bir sualım var:
Necə olur ki, bu dövlətin qurucusu , memarı Ulu Öndər Heydər Əliyev və onun ailə üzvləri gözünüzün qabağında bir qrup şəxslər tərəfindən sosial şəbəkələrdə sifarişli şəkildə təhqir olunur , bu cür reaksiya vermirsiniz ?”

Həmçinin oxuyun

Ermənistan bu yaşlı əsirlərə də sahib çıxmır (FOTO)

Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əsir …