Cümə , Yanvar 15 2021
Ana səhifə / Siyasət / Pakistanın Baş naziri: “Azərbaycan Ordusuna sayğı duyuruq”

Pakistanın Baş naziri: “Azərbaycan Ordusuna sayğı duyuruq”

Pakistanın Baş naziri İmran Xan Azərbaycanı 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Bu barədə Baş nazir tvitterdə paylaşım edib.

“Müstəqillik günündə İlham Əliyev və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə sayğı duyuruq. Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq nizamlanmasında Azərbaycanla həmrəydir”, – deyə İmran Xan yazıb.

Həmçinin oxuyun

Revanş cəhdi “ikinci cəbhə”dən gələ bilər – TƏHLİL

Ermənistanın son illərdəki əsas fəaliyyəti Azərbaycnı daxildən parçalamaqla “Qarabağ məsləsinin birdəfəlik həlli” planını həyta keçirmək …