Bazar , Oktyabr 17 2021
Ana səhifə / Siyasət / Pakistan səfirindən Ermənistana tövsiyə: “Şərtləri qəbul et!”

Pakistan səfirindən Ermənistana tövsiyə: “Şərtləri qəbul et!”

“Azərbaycan və Pakistan iki qardaş ölkədir”.

Bunu Azərtac-a müsahibəsində Pakistanın İspaniyadakı səfiri Şujat Əli Rathore bildirib.

“Biz işğal olunmuş torpaqların azad edilməsi uğrunda şəhid olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Biz həlak olan qəhrəmanların analarına borcluyuq. Ümid edirəm ki, bütün bölgədə uzunmüddətli və möhkəm sülh bərqərar olacaq. 

Ermənistan sülh şərtlərini qəbul etməlidir və Ermənistanı özünə dost hesab edən ölkələr onu bu danılmaz şərtləri qəbul etməyə çağırmalıdır. Beləliklə də, bölgədə sülh və firavanlıq hökm sürəcək”, – deyə Ş.Rathore vurğulayıb.

Həmçinin oxuyun

Azərbaycan yenə hədəfdədir – TƏHLİL

Proqnozlar özünü döğrultdu. Gözlədiyimiz baş verdi. Azərbaycan yenə hədəfdədir. Barmağını “siyasi tətiyə” dirəyən qüvvələr də …