Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / PA rəsmisi ilə görüşdən sonra müxalifətin növbəti davası başladı

PA rəsmisi ilə görüşdən sonra müxalifətin növbəti davası başladı

Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiyaların sədrləri ilə görüşləri davam edir.

PA rəsmisinin görüşü müxalif camiənin bəzi təmsilçiləri tərəfindən xüsusi qısqanclıqla qarşılanıb. Burada əsasən AXCP-dən ibarət olan Milli Şura xüsusi fəallıq nümayiş etdirir. Artıq sosial şəbəkələrdə PA rəsmisi ilə görüşən təşkilatlara qarşı qara piar kampaniyasına start verilib.

Milli Şuraya yaxın media qurumlarında bu kampaniya xüsusi olaraq tirajlanır. Son olaraq, Amerikada yaşayan jurnalist Sevinc Osmanqızı öz internet kanalı üzərindən yayımladığı verilişə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylini qonaq qismində çağırıb və bu görüşləri müzakirəyə çıxarıb.

Sevinc Osmanqızı gültəkin ile ilgili görsel sonucu

Veriliş “Cib müxalifəti ilə danışıqlar?” başlığı ilə yayımlanıb.

Həmin verilişdə G.Hacıbəyli dolayısı ilə Ə.Vəliyevlə görüşən siyasi partiya liderlərini “xəyanətdə” suçlayıb. Xanım jurnalist də tərəfsizliyini qoruya bilməyib.  Verilişin altında trol ordusunun hücuma keçdiyi açıq görünüb. Yazılan rəylərin əksəriyyəti də saxta profillərdən yazılıb. Rəylərə diqqət edəndə həmin fake profillərin AXCP-nin mövqeyini ifadə etdikləri diqqətlərdən qaçmayıb. G.Hacıbəyli REAL rəhbəri İlqar Məmmədovun PA rəsmisi ilə görüşünə təəssüfləndiyini dilə gətirib.

Milli Şuranın sədri Cəmil Həsənliyə və AXCP lideri Əli Kərimliyə ile ilgili görsel sonucu

Açıq şəkildə görünür ki, bu düşərgə Milli Şuranın sədri Cəmil Həsənliyə və AXCP lideri Əli Kərimliyə dəvət gəlmədiyi üçün görüşləri gözdən salmağa çalışırlar. G.Hacıbəyli REAL-ı qrant almaqda ittiham edib, vurğunu da daha çox bu qurumun dövlət qeydiyyatının olmamasının üzərinə salıb. Xanım siyasətçi REAL-ın fonunda hakimiyyətin ölkədə “yeni müxalifət” yaratmaq istədiyini qeyd edib. S.Osmanqızı REAL-ı xaricdən qrant almaqda favorit adlandırıb.

Ə.Vəliyevin ilk olaraq görüşdüyü AĞ Partiya başqanı Tural Abbaslı ittihamlara sərt cavab verdi: “Ədalət Vəliyevlə partiya rəhbərləri arasında olan görüşlərə bəzilərinin aqressiv münasibətini anlaya bilmirəm. Çünki bu, bizim də can atdığımız sivil və demokratik dünyada adi normadır. Necə ola bilər ki, biz siyasi partiyalar olaraq xarici ölkə səfirləriylə, beynəlxalq təşkilatların nümayəndələri ilə rahat şəkildə görüşür, müzakirələr aparır və burada qeyri-adi nəsə görmürük. Ancaq, öz dövlətimizin nümayəndələri ilə görüşü xəyanət və satqınlıq kimi təqdim etməyə çalışırıq. Biz AĞ Partiya olaraq belə yanaşmanı qətiyyən doğru hesab etmirik. Çünki burada əsas məsələ kimin kiminlə görüşməsindən daha çox, o görüşdə nələrdən danışıldığı və nələrin müzakirə olunmasıdır. Ola bilsin ki, kimlərsə nə zamansa hökumətdə təmsil olunan şəxslərlə separat danışıqlar aparıb, partiyalarının və xalqın maraqlarını şəxsi maraqları üçün qurban verərək siyasi alver edib. Bu üzdən bu gün də elə bilirlər ki, hamı onlar kimidir. Mən belə görüş və ünsiyyəti əhəmiyyətli və dövlətçilik ənənələrinin formalaşması üçün vacib addımlar kimi qiymətləndirirəm.

AĞ Partiya başqanı Tural Abbaslı ile ilgili görsel sonucu

Həmçinin artıq belə bəsit analizlər, şərləmələr və qara piar kampaniyaları cəmiyyətdə əvvəlki effekti vermir. İnsanlar artıq siyasi proseslərə daha soyuqqanlı və açıq gözlə baxırlar. Habelə, belə rəsmi və hər kəsin gözü önündə olan görüşlər barədə siyasi keçmişi ləkəli olan adamlar elə danışırlar ki, adamın lap gülməyi gəlir. Adama deyərlər ki, siz hələ xalqa indiyə qədər etdiyiniz xəyanətlərin hesablarını verin, sonra kimlərəsə irad bildirin. Belələrinin nəinki bizlərə irad bildirməyə, ümumiyyətlə, insanların qarşısına çıxmaq üçün heç bir mənəvi haqları yoxdur. Onların çoxu artıq siyasi səhnədən silinmək təhlükəsini hiss etdikləri üçün sağa-sola hücum etməklə məşğuldurlar. Və belə gedişlərlə özlərinin siyasi dəyərini şişirdərək varlıq savaşı aparırlar. Biz AĞ Partiya olaraq atdığımız hər bir addımın hesabını əziz xalqımıza verməyə hazırıq. Bizim uca Allahdan başqa sualına cavab verə bilməyəcəyimiz kimsə yoxdur. AĞ Partiya atdığı hər addımı özünün rəhbər orqanında müzakirə edərək müvafiq qərar verir və bu istiqamətdə də fəaliyyət göstərir. Bizim kimlərəsə hesab verməyə nə həvəsimiz, nə vaxtımız, nə də öhdəliyimiz yoxdur. Kim nə istəsə danışa və yaza bilər. Hər deyilənlərə, yazılanlara reaksiya verməyi də qətiyyən doğru hesab etmirəm”.

Elşad Musayev ile ilgili görsel sonucu

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Ə.Vəliyevlə martın 2-də görüşüb. Bu barədə o, öz facebook profilində məlumat paylaşıb. “Yeni Müsavat”a açıqlamasında BAB sədri bunları dedi: “Biz siyasətimizi kiminsə istəyinə əsasən qurmuruq. Prezident Adminstrasiyasının şöbə müdiri ilə görüşəndə də bütün fəaliyyət göstərən partiya sədrləri ilə görüşməyin vacibliyini bildirdim. Şəxsən mən ölkədə son seçkilər də daxil olmaqla bizi narahat edən bütün məsələlər barədə mövqeyimizi ifadə etdim. İllərlə parlamentdə, hakimiyyətin media strukturunda hakimiyyət təmsilçiləri ilə çox sıcaq münasibətdə olub, sonra əks mövqeyə göndərilənlərin fikirlərinə də ciddi yanaşmağı düzgün hesab etmirəm”.

REAL-ın icraçı katibi Natiq Cəfərli kifayət ile ilgili görsel sonucu

REAL-ın icraçı katibi Natiq Cəfərli kifayət qədər sərt danışdı: “O verilişi izləməmişəm. Amma izləsəydim belə o insanlara cavab verməyi özümə sığışdırmazdım. Həyatlarında min dona girən, min sifət alan, min dəfə mövqelərini dəyişən insanlara hər hansı bir formada cavab verməyi özümə sığışdırmıram. Qrant ittihamları ilə bağlı onu deyə bilərəm ki, bu hakimiyyətin mənə qarşı irəli sürdüyü ittihamlarla eynilik təşkil edir. Belə çıxır ki, hakimiyyətin 2016-cı ildə mənə qarşı qaldırdığı iddialar, bir aylıq həbsim onların ürəyindən olub. Hakimiyyətin bu ittihamları ən azından öz təsdiqini tapmadı. Çox güman ki, bunların növbəti işi yenidən mənə, yaxud REAL-ın hər hansı bir təmsilçisinə qarşı cinayət işinin açılmasına bu yolla cəhdlər olacaq. Cəhd edirlər ki, iş versinlər, hökumət qurumları da bundan istifadə edib, hər hansı bir formada yoxlamalara başlasınlar. Biz yoxlamalara açığıq. Əqidəsini dəfələrlə dəyişmiş insanlara bundan sonra cavab verməyi açığı özümə sıxışdırmıram. Bu mövzular mənim üçün qapanıb. Biz öz yolumuzla gedəcəyik. Kim başqa yola düşüb, gündə mövqeyini dəyişməklə yol getmək istəyirsə, onlara uğurlar arzulayıram. O cəbhədən gələn ittihamlara bundan sonra cavab vermək fikrim yoxdur. Sevinc Osmqanqızının mövqeyinə gəlincə, deyim ki, o artıq jurnalist deyil, de-fakto AXCP-nin mətbuat katibidir. O, artıq bu vəzifənin sahibinə çevrilib”. Musavat.com

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …