Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Siyasət / Pənah Hüseyn pensiya yaşına çatdı

Pənah Hüseyn pensiya yaşına çatdı

Sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin 65 yaşı tamam olub.

Bununla da P.Hüseyn pensiya yaşına çatmış hesab olunur.

Qeyd: O, 1957-ci ildə Sabirabad rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olub. 1986-cı ildən Azərbaycan Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. 1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləyib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Rus və ingilis dillərini bilir.

Həmçinin oxuyun

“Naxçıvandakı digər qurumlar da ləğv olunacaq” – Vahid Əhmədov

Son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının üstünün …