Cümə , Oktyabr 7 2022
Ana səhifə / Siyasət / Pənah Hüseyn Nensi Polesiyə qarşı od püskürdü

Pənah Hüseyn Nensi Polesiyə qarşı od püskürdü

Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseyn bəyanat yayıb. 

Bəyanatda deyilir: 

“ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvanda Azərbaycan əleyhinə verdiyi açıqlamalar Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti tərəfindən ABŞ siyasi elitasının erməni lobbisinin təsiri altında olan dairələrinin antiazərbaycan mövqeyinin nümayişkəranə ifadəsi, Ermənistanda revanşist meylləri və qüvvələri stimullaşdıran və bununla da Azərbaycan və Ermənistan arasında müharibənin alovlanmasına xidmət edən, qalıcı sülhün bərqarar olmasına qarşı yönəldilmiş təxribat kimi dəyərləndirilirilib.

Cəmiyyətimizin müxtəlif təbəqələri tərəfindən ifadə olunan bu mövqe ilə həmrəy olduğumu bildirirəm.

Diqqətə çatdırıram ki, Azərbaycan Xalq Partiyası son günlərdə Ermənistanın irimiqyaslı hərbi xarakterli təxribatı nəticəsində Azərbaycan – Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar ətrafında KİV- də və sosial şəbəkələrdə gedən diskussiyalarla əlaqədar bəyan etmişdi ki, “Azərbaycan ordusu tərəfindən bu əməliyyatları Vətən Müharibəsinin davamı, təcavüzə qarşı qanuni müdafiə aktı və Azərbaycanın suverenliyinin tam şəkildə bərpa edilməsi, Azərbaycan xalqı və regionda yaşayan bütün xalqların təhlükəsizliyinin təmin edilməsi, regonda qalıcı və möhkəm sülhün bərqərar edilməsinə xidmət edən hərəkət kimi dəyərləndirir, birmənalı, qeyd – şərtsiz Azərbaycan Ordusunun yanında olduğunu bildirir, Vətən, Torpaq, Millət uğrunda ölən şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyərək onların uğrunda qurban getdiyi amal, məqsəd və ideallara sadiqliyi milli borc sayır, 2020- ci il 44 günlük müharibə dövründəki, ordu, xalq, dövlət birliyinin bu günlərdə də cəmiyətimizin mütləq əksəriyyəti tərəfindən nümayişini alqışlayır”. 

Təəssüflə qeyd edirəm ki, ABŞ Konqresi Nümayəndələr Palatasının spikerinin qərəzli, ədalətsiz açıqlamaları Azərbaycan ictimai rəyində ABŞ – a, ən pisi isə bir çoxları tərəfindən hələ də Avropa dövlətləri, ABŞ- la simvolizə olunan siyasi dəyərlərə mənfi münasibətin güclənməsinə rəvac verdi, o cümlədən, demokratik meyllərə və onların daşıyıcılarına ziyan vurdu və heç şübhəsiz demokratiya əleyhidarı qüvvələr tərəfindən istifadə olunacaq”. 

Həmçinin oxuyun

Kreml Azərbaycan və Ermənistana sülh üçün təkliflər verib – Zaxarova

Rusiya Azərbaycan və Ermənistana sülh müqaviləsinin bağlanması ilə bağlı “hərtərəfli təkliflərini” verib. Bu barədə Rusiya …