Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / Pənah Hüseyn: “Deputat Ramin Məmmədov deyir ki, cənab Allah günahkardır, havanı isti edib…”

Pənah Hüseyn: “Deputat Ramin Məmmədov deyir ki, cənab Allah günahkardır, havanı isti edib…”

“Sabirabadda su ilə bağlı çox ciddi problemlər yaranıb. Sabirabaddan seçilən deputat Ramin Məmmədovun yazısını oxudum, məəttəl qaldım. Bilmirəm, ərazidə olub, ya yox. Kimliyindən də xəbərsizəm, tanımıram”.

Bunu Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib.

“Yazını, sanki, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC yazıb. Sən demə, hamının günahı varmış… Deyir ki, cənab Allah günahkardır, havanı isti edib, insanlar günahkardır, suyu bölüşdürə, qənaətlə istifadə edə bilmirlər, təbiət günakkardır, quraqlıqdır və s. Bir kəlmə də olsun motorların işləməməsindən yazmayıb. Sovet dövründə necə olur ki, bundan 10 qat artıq əkin sahələri suvarılırdı, arxlar, kanallar su ilə dolu olurdu, indi isə… Doğrudur, su problemi var, Kür və Araz çayları dayazlaşıb. Amma hazırda Sabirabadın torpaqlarını suvarmaq mümkündür…” – P.Hüseyn qeyd edib.

Həmçinin oxuyun

“Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir” – Ceyhun Bayramov

“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni …