Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Pənah Hüseyn cəbhəyə gedən oğlundan danışdı: “Bu da bir qismətdir…“

Pənah Hüseyn cəbhəyə gedən oğlundan danışdı: “Bu da bir qismətdir…“

“Oğlum zabit kimi noyabrın 2-də xidmətə çağırılıb. Artıq hərbi hissədədir”.

Bu sözləri sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn savaşa qatılan oğlu Vaqif Hüseyn haqda danışarkən deyib. Qeyd edib ki, Vətəni düşməndən müdafiə etmək konstitusion hüquqdur:

“Hər nəslin insanına Vətənin azadlığı uğrunda döyüşmək şərəfi nəsib olmur. Bu da bir qismətdir, uğur olsun. Hazırda cəbhədə olan bütün əsgərlərimizin tam qələbə ilə sağ-salamat geri dönməsini arzu edirik. Mənim oğlum da onların içində”.

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …